Şəkərli diabet zamanı yaranan ayaq yaraları bəzən uzun müddət sağalmır və iltihab dərin toxumalara yayılanda ciddi fəsadlar yaranır. Belə hallarda ən böyük təhlükə yaranın olduğu nahiyənin kəsilməsi-yəni amputasiyasıdır. Halbuki, Fotodinamik terapiya (FDT) bu xəstələr üçün yeni ümid ola bilər.
Medicina.az xəbər verir ki, belə xəstələrdən biri də Ağarəhim Rəhimov olub. O, ayağındakı diabetik yara və güclü ağrılar ucbatından hərəkət edə bilmirdi. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edən zaman ayaqdakı iltihabi proses sümük toxumasına qədər yayılmışdı və pasiyent ayağının amputasiya olunacağından narahat idi.
Aparılan müayinələrdən sonra pasiyent üçün fərdi
inteqrativ müalicə proqramı hazırlanıb. Kompleks müalicə yanaşmasına fotodinamik terapiya (FDT) də daxil edilib.
Fotodinamik terapiya (FDT) nədir?
Fotodinamik terapiya (FDT) fotosensor- işığa olduqca həssas maddənin (radaxlorin) zədələnmiş,
funksiyasını itirmiş, iltihablaşmış və atipik formaya keçmiş hüceyrələrdə toplanmasına və bu hüceyrələrə lazer işığının təsirinə əsaslanır.
Fotodinamik terapiyanın (FDT) tətbiq sahələri:
diabetik və çətin sağalan yaralar;
trofik xoralar;
akne;
bəzi onkoloji və dermatoloji xəstəliklər
Xüsusilə diabetik ayaq yaralarında müalicənin əsas məqsədlərindən biri infeksiyanın və iltihabın nəzarətdə saxlanılması, yaranın sağalması üçün uyğun şəraitin yaradılması və mümkün fəsadların qarşısının alınmasıdır.
Ağarəhim Rəhimovun müalicə prosesində də fotodinamik terapiyanın (FDT) tətbiqindən sonra yaranın sağalması sürətlənib, ağrıları azalıb. İnteqrativ Tibb mütəxəssisi, terapevt Arzu Musayeva bildirir ki, xəstədə iltihab azalıb, yara tamamilə sağalmaq üzrədir. Pasiyentin hərəkət qabiliyyəti bərpa olunub və o, gündəlik fəaliyyətlərini sərbəst icra edə bilir.
Ayağı amputasiyadan xilas olan pasiyentimiz Ağarəhim Rəhimovun hekayəsini və həkimimizin
fikirlərini
bu linkə daxil olaraq izləyə bilərsiniz.