Bu ölkənin, xalqının ən çox həkim olaraq nevropatoloqa ehtiyacı var. Çünki heç kimin əsəbi yerində deyil. Həkim dərman yazsın ki, sakitləşək.
Medicina.az xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva tıxacda qalarkən dilə gətirib.
“Əgər səhər evdən çıxıb, 15 dəqiqəlik yolu 2 saata çata bilmiriksə, beyin xarab olur, aqressiya ilə doluruq. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, ona görə valideynin aqressiyası artır.
Bunun da qarşısını almaq üçün nevroloq dərman lazımdır. Bunun adı yaşamaqdırsa, guya yaşayırıq. Neyniyək?”.
Aygün Musayeva