Diz ağrıları və hərəkət məhdudiyyəti orta yaşdan sonra ən çox rast gəlinən problemlərdən biridir.
Medicina.az xəbər verir ki, uzun müddət qonartrozdan - dizlərində duzlaşma və sümük əriməsindən əziyyət çəkən Türkiyə vətəndaşı 60 yaşlı Sevim xanım da qonartrozdan əziyyət çəkirdi. Sərbəst yeriyə , pilləkən qalxa bilmir,
diz ağrıları getdikcə şiddətlənirdi. Bakıya nəvəsinin müalicəsi üçün gəlsə də öz dərdinə də şəfa tapdı.
Pasiyentin sözlərinə görə o, təxminən 12 il ərzində Türkiyədə diz kirəçlənməsi (qonartroz) diaqnozu ilə müxtəlif müalicələr alıb. Daha əvvəl dizinə 4 dəfə hialuron turşusu inyeksiyası tətbiq olunsa da, əldə olunan nəticələr qısamüddətli olub və şikayətləri getdikcə şiddətlənib. Türkiyədə ona cərrahi əməliyyat tövsiyə edilsə də, əməliyyatsız müalicə üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edib.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində aparılan müayinələr zamanı pasiyentin hər iki diz oynağında 3-4-cü dərəcəli
artroz, oynaq strukturlarında dəyişikliklər və sümük sıxlığında azalma müəyyən edilib. Buna əsasən pasiyent üçün fərdi
inteqrativ müalicə proqramı hazırlanıb.
Müalicə proqramına drenaj və detoksifikasiya dəstəyi, ozon terapiya, oynaq funksiyalarını dəstəkləyən kompleks inteqrativ yanaşmalar və ev şəraitində yerinə yetiriləcək xüsusi məşqlər daxil edilib.
Sevim xanım müalicənin ilk həftəsindən etibarən dizlərində rahatlama hiss etdiyini bildirir. Onun sözlərinə görə, ağrıları azalıb, yeriməsi asanlaşıb və pilləkən qalxıb-enmək əvvəlki dövrlə müqayisədə daha rahat olub.
İnteqrativ tibb mütəxəssisi, həkim fizioterapevt Nuriyyə Əlibəyli qeyd edirlər ki, diz artrozunun müalicəsində düzgün diaqnostika və fərdi yanaşma böyük əhəmiyyət daşıyır. Hər pasiyentin klinik vəziyyəti fərqli olduğundan müalicə planı da fərdi şəkildə tərtib edilməlidir.
Türkiyədən müraciət edən pasiyent Sevim xanımın təəssüratlarını və video-hekayəsini İnstagram səhifəsindən izləyə bilərsiniz.