0)
Bu gün saat 14:55 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən partlayış səbəbilə çağırış qeydə alınıb.
Medicina.az xəbər verir ki, TƏBİB məlumatına görə, təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü şəxs (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Xəstəyə baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Medicina.az