Afrikada heyvandan insana keçən xəstəliklərin sayı çoxalır - ÜST

  • 2022.07.16 16:59
  • 1700 Baxış
Afrikada heyvandan insana keçən xəstəliklərin sayı çoxalır  - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, son onillikdə Afrikada heyvanlardan insanlara keçən xəstəliklərin sayı əvvəlki on illik dövrlə müqayisədə 63 faiz artıb.



Medicina.az xəbər verir ki, ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti deyib: “İnsanlarda infeksion xəstəliklərin 75 faizdən çoxu vəhşi heyvanlarla və ya ev heyvanları ilə təmas nəticəsində baş verir. Bu səbəbdən dünyada hər il 1 milyarda yaxın insan xəstələnir, milyonlarla insan ölür”.



ÜST-nin məlumatına görə, 2001-ci ildən bəri Afrika regionunda ictimai səhiyyə sahəsində qeydə alınmış 1843 fövqəladə vəziyyətin 30 faizi heyvanlardan insanlara keçən xəstəliklərlə bağlı olub.


Son 20 il ərzində belə hadisələrin sayı artıb, 2019-2020-ci illərdə isə bu artım daha güclü olub. Qeydə alınmış hadisələrin təqribən 70 faizi ebola, meymunçiçəyi, Denge qızdırması, Sibir xorası, taun və zədələnmiş damarlardan qanaxmaya səbəb olan başqa xəstəliklər olub.



Bu il aprel ayından etibarən meymunçiçəyi xəstəliyinə tutulma hallarının müəyyən qədər artması müşahidə olunsa da, bu sahədə statistik rəqəmlər hələ 2020-ci ilin səviyyəsindən aşağıdır. O vaxt Afrika regionunda xəstəliyin ən yüksək aylıq səviyyəsi qeydə alınıb.
2021-ci ildə xəstələnmə hallarının sayı kəskin şəkildə azalandan sonra meymunçiçəyinə yoluxma hallarını təsdiqləyən 203 hadisə qeydə alınıb. Bu zoonoz xəstəlik bütün dünyada yayılıb, lakin heç bir regionda epidemiya həddinə çatmayıb. Bu il Afrikada meymunçiçəyi xəstəliyi ilə bağlı 175 fakt onu göstərir ki, pasiyentlərin yarıdan çoxu kişi cinsinə mənsub olan 17 yaşlı adamlardır.



COVID-19 xəstəliyinə gəldikdə isə, ÜST-nin Afrika üzrə regional direktorunun sözlərinə görə, keçən həftə qitədə bu virusa tutulma hallarının sayı bir qədər azalıb. Şimali Afrikada dalbadal səkkiz həftədir ki, yeni xəstələnmə hallarının sayı sürətlə artır.