Ağır dərmanların əks təsirlərini aradan qaldırır - Möcüzəvi çay

  • 2024.03.18 12:40
  • 434 Baxış
Ağır dərmanların əks təsirlərini aradan qaldırır -  Möcüzəvi çay
Qədim zamanlardan bəri istifadə olunan zəncirotunun insan sağlamlığı üçün faydaları saysız hesabsızdır.

Son illərdə dünyada dərman istifadəsinin artması səbəbilə zəncirotunun daha bir xüsusiyyəti diqqət çəkib. Uzun müddət kimyəvi dərman pereparatları qəbul edənlərə bu bitkidən istifadə məsləhət görülür. Bu da səbəbsiz deyil.

Bu bitki qaraciyərə xeyirlidir. Ödqovucu xassəyə malik zəncirotu, həmçinin qanı təmizləyir, bədəni qüvvətləndirir və orqanizmin immun sistemini gücləndirir. Maddələr mübadiləsinin tənzimlənməsi üçün də zəncirotu təsirli vasitədir. Onun ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə orqanizmdən toksinləri atmasıdır. Bu bitkidən müntəzəm istifadə etdikdə dəri təmizlənir, üzdə olan sızanaq problemləri aradan qalxır.

Bütün bu xüsusiyyətləri ilə kimyəvi dərman pereparatlarının bədəndəki qalıqlarının orqanizmdən atılmasına kömək edir, böyrəklərə əks təsirlərin qarşısını alır. Ağır dərmanlarla müalicədən sonra 1 həftə fasilə verib zəncirotu çayı içmək olar.

Medicina.az həmin çayın reseptini təqdim edir:

Zəncirotu çayını apteklərdə tapmaq mümkündür. Ancaq ev şəraitində də bu çayı əldə etmək olar. Bunun üçün zəncirotu kökünü qurudub, daha sonra onu toz halına salmaq lazımdır.

3 çay qaşığı zəncirotu tozunun üzərinə 250 qram qaynar su əlavə edib 5 dəqiqə dəmləyin. Bu çayı bir neçə damcı limon şirəsi və bir çay qaşığı xam balla içmək məsləhətdir.

Çayı həftədə bir dəfə, səhər yeməyindən 1 saat sonra içmək tövsiyə olunur.


Aysel