3 gün komada olan qadın vəfat etmiş atasını gördü

  • 2026.09.22 21:59
  • 286 Baxış
3 gün komada olan qadın   vəfat etmiş atasını gördü


Ağır insult və beyin qanaması keçirən qadın xəstəxanaya çatdırılsa da ailəsinə onun sağ qalma şansının son dərəcə az olduğu barədə xəbərdarlıq edilib.

Medicina.az xəbər verir ki, Valtriani adlı qadın süni tənəffüs aparatına qoşuldu və üç gün komada qaldı.

O, iddia edir ki, bu müddət ərzində bədənini uzaqdan müşahidə edib və sonra özünü başqa bir ölçüdə tapıb, burada 16 il əvvəl vəfat etmiş atası ilə görüşüb. O, gənc və sağlam görünürdü.

"Onlar mənə deyirdilər ki, hər şey yaxşı olacaq və ölüm bizim hekayəmizin sonu deyil. Əslində ölüm belə mövcud deyil", - qadın dedi. Valtrianinin sözlərinə görə, atası ona yoldaşlıq etməyi təklif edib, lakin o, ailəsinin yanına qayıtmaq qərarına gəlib.

Oyananda doğma portuqal dilini xatırlaya bilmədiyini və yalnız ingilis dilində danışdığını aşkar edib. Unutduğu sözləri yenidən öyrənməli oldu. Bu təcrübədən sonra Valtriani ölüm qorxusunu dayandırdı və yaxınlarının ölümündən sonra başqa bir dünyada mövcud olduqlarına əmin oldu.

Aygün Musayeva