"Avropa COVID-19-la mübarizəni aktivləşdirməlidir" ÜST

  • 2020.10.27 09:48
  • 17531 Baxış
"Avropa COVID-19-la mübarizəni aktivləşdirməlidir"  ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, Avropa ölkələri COVID-19 infeksiyası ilə mübarizəni aktivləşdirməlidir.

Bu barədə ÜST-ün fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan bildirib.

"İndi biz (virusla mübarizədə-red) əhəmiyyətli dərəcədə geri qalırıq. Ona görə də Avropada qabaqlayıcı işlər üçün bir sıra tədbirlər görməliyik", - Rayan bildirib.

Mütəxəssis vurğulayıb ki, Avropa ölkələri məhdudiyyətlərdən qaça biləcək.