Onkoloji xəstələr üçün yeni ümid: Hipertermiya müalicəsi

  • 2026.09.17 14:34
  • 149 Baxış
Onkoloji xəstələr üçün yeni ümid:  Hipertermiya müalicəsi

Süd vəzi xərçəngi olan pasiyentdə şiş kiçildi, xora yığıldı

Son dövrlər onkologiyada istifadə olunan ən yeni üsullarından biri də hipertermiya müalicəsidir. Bu metodla bədən tempraturu nəzarət altında yüksəldilir. Beləliklə də, həssaslaşmış şiş hüceyrələri müalicəyə daha tez cavab verir.


Medicina.az xəbər verir ki, Almaniya, İsveçrə kimi birçox ölkələrdə bu metod vasitəsilə onkologiyada ciddi nəticələr əldə edilir.

Süd vəzi xərçəngindən əziyyət çəkən Qətibə xanım da hipertermiya müalicəsi üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edib. Ona inteqrativ müalicə proqramı çərçivəsində hipertermiya proseduru tətbiq edilib. Cəmi bir prosedur keçirilməsinə baxmayaraq, pasiyent ağrı və iltihabın azaldığını qeyd edir. Eyni zamanda, süd vəzində olan xoranın yığılması, şiş ölçüsündə isə kiçilmə müşahidə edilir.

Mütəxəssislərin sözlərinə görə, hipertermiya müalicəsi zamanı tibbi nəzarət altında bədən temperaturu 38,5–43,0°C aralığına qədər yüksəldilir. Bu proses şiş hüceyrələrinin istilik stressinə məruz qalmasına, şiş toxumasında qan dövranının yaxşılaşmasına və xərçəng əleyhinə preparatların hədəf toxumalara daha effektiv çatmasına kömək edir.

Bundan əlavə, hipertermiya kimyaterapiya, immunoterapiya və şüa müalicəsi kimi onkoloji müalicə üsullarının təsirini gücləndirə, həmçinin immun sistemin şiş hüceyrələrini tanımasını və onlara qarşı cavab verməsini asanlaşdıra bilər.

Süd vəzi xərçəngindən əziyyət çəkən pasiyentimiz Qətibə xanımın hekayəsini və hipertermiya müalicəsinin nəticələrini bu linkə daxil olaraq izləyə bilərsiniz.