Şəhər icra orqanına 600 dəfə zəng etdi - Məhkəməyə verildi

  • 2026.09.17 17:33
  • 114 Baxış
Şəhər icra orqanına 600 dəfə zəng etdi  -  Məhkəməyə verildi


Yaponiyanın Osaka şəhərində yerli administrasiyanın işinə ciddi şəkildə müdaxilə edən şikayətçi məhkəməyə verilib.


Medicina.az xəbər verir ki, son üç ildə adı açıqlanmayan kişi şəhər administrasiyasının rəsmiləri ilə həm telefonla, həm də şəxsən 600 dəfə əlaqə saxlayıb.

Şikayətlər əsasən çirkli küçələr və idman obyektlərindəki nasaz avadanlıqlar kimi məsələlərlə bağlı olub. Çoxsaylı şikayətləri zamanı şikayətçi rəsmilərdən üzr istəməyi tələb edib. Bir neçə dəfə hətta hədələyib.

İndi şəhər administrasiyası onu məhkəməyə verir və ondan təxminən 2500 dollar almaq fikrindədir. Məbləğ işçilərin kişinin şikayətlərinə baxmalı olduqları müddət üçün maaşlarına əsasən hesablanıb.


Aygün Musayeva