Coni adını dəyişib Massimo oldu? - Müğənni Rusiyaya gedə bilmir

  • 2026.09.17 16:30
  • 268 Baxış
Coni adını dəyişib Massimo oldu?  - Müğənni Rusiyaya gedə bilmir


Rusiyada populyarlaşan azərbaycanlı müğənni, Coninin (Cahid Hüseynli) adını dəyişməsi ilə bağlı iddia yayılıb. Bir müddət əvvəl o, İnstagram profilini də izahsız bağlamışdı.

Medicina.az xəbər verir ki, Rusiya internet səhifələrində Coninin yeni pasportunun surəti paylaşılıb. Vəsiqədə onun adı Massimo Torricelli olaraq yazılıb.

İzləyicilərin bir çoxu bunun fotoşop olduğunu desə də, bəziləri real olduğunu bildirib. Bir müddətdir Rusiyaya getməyən ifaçının bəzi səbəblərdən belə bir addım atması deyilir. Onun Rusiya vətəndaşı olduğu üçün VİSA almaq problemi var.

Aygün M