Acqarına yeyildikdə reflüksə səbəb olan qidalar: banan, qatıq və...

  • 2024.07.03 15:35
  • 541 Baxış
Acqarına yeyildikdə reflüksə səbəb olan qidalar:  banan, qatıq və...
Ən çox rast gəlinən mədə xəstəliklərindən biri də reflüksdür.

Acqarına istehlak edilən bəzi qidalar reflüksə səbəb ola bilər.

Bəs mədə sağlamlığınız üçün çox acdığınız zaman hansı qidalardan uzaq durmalısınız?

Medicina.az həmin qidaları təqdim edir:

1. Sitrus meyvələri

Portağal, mandarin və limon kimi sitrus meyvələri tərkibindəki yüksək turşuluq səbəbindən acqarına istehlak edildikdə mədəyə zərər verə bilər. Bu meyvələr mədə turşusunu artıraraq mədə yanmasına və reflüksə gətirib çıxarır.

2. Qatıq və digər fermentləşdirilmiş süd məhsulları

Qatıq və kefir kimi fermentləşdirilmiş süd məhsulları acqarına qəbul edildikdə mədədə turşu əmələ gətirən bakteriyaların təsirini azalda bilər. Bu, həzm sisteminə mənfi təsir göstərir və bağırsaq sağlamlığını pozur.

3. Un məmulatları və desertlər

Acqarına istehlak edilən xəmir xörəkləri, un məmulatları və şirniyyatlar qan şəkərini sürətlə artırır. Bu vəziyyət qısa müddətli enerji partlaması yaratsa da, sonradan yorğunluq və zəiflik hissinə səbəb olur. Üstəlik bu qidalar mədədə ağırlıq yaradaraq reflüks riskini artırır.

4. Çiy tərəvəzlər

Çiy tərəvəzlər liflə zəngin olduğu üçün həzmi çətinləşdirir. Xüsusilə xiyar, pomidor və bibər kimi tərəvəzlər acqarına istehlak edildikdə mədə narahatlığına səbəb ola bilər.

5. Qəhvə

Qəhvə boş bir mədədə turşuluğu artıra və qastrit, reflüks kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, kofein acqarına qəbul edildikdə narahatlıq və əsəbiliyə səbəb olur.

Odur ki, səhərlər qəhvə içərək günə başlayanlar bu vərdişi tərgitməlidirlər.

6. Acılı yeməklər

Acılı qidalar mədə turşusunu artıraraq mədə yanmasına və qastritə səbəb ola bilər. Bu təsirlər acqarına qəbul edildikdə daha da artır.

7. Banan

Tərkibindəki yüksək maqnezium səbəbiylə banan acqarına istehlak edildikdə bədəndəki maqnezium-kalium balansını pozur. Bu mədə ilə yanaşı, ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.

Ac qarına istehlak edilməməsi lazım olan qidalar haqqında məlumatın olması həzm sisteminin sağlamlığını qorumaq üçün vacibdir.

Mütəxəssislər səhərlər acqarına aşağıdakı qidaları yeməyi məsləhət görürlər:

- Yulaf lapası
- Meyvə smuzisi
- Tam taxıl çörəyi
- Yumurta


Aysel