Ağrıkəsicilərin qəbulu infarkt riskini cəmi bir həftə ərzində artırır.
Medicina.az xəbər verir ki, Nurofen kimi ağrıkəsicilərin cəmi bir həftə qəbul edilməsi infarkt riskini əhəmiyyətli dərəcədə artırır.
Bu, Kanada, Finlandiya və Almaniyadan olan tədqiqatçıların gəldiyi nəticədir.
Ağrıkəsicilərə ehtiyacı olan xəstələr onların istifadə müddətini minimuma endirməyə çalışmalıdır.
Tədqiqatçılar ağrıkəsicilərin qəbulunun infarkt riskini 50%-dən çox artırdığını göstəriblər. Alimlər əvvəllər potensial ölümcül ürək problemləri ilə Nurofen, diklofenak və naproksen daxil olmaqla qeyri-steroid iltihab əleyhinə dərmanlar arasında əlaqə olduğundan şübhələnirdilər. Lakin xəstələrin ürəkləri üçün nisbi təhlükəsizliklə onları nə qədər müddət qəbul edə biləcəklərinə dair qəti bir dəlil yox idi.
İndi isə bu məsələ ilə bağlı ən böyük tədqiqat göstərib ki, ağrıkəsicilər istifadəyə başladıqdan cəmi bir həftə ərzində infarkt riskini artırır. Bu əlaqə xüsusilə ilk ay ərzində əhəmiyyətlidir. Tədqiqatın müəllifləri həkimləri bu dərmanları təyin etməzdən əvvəl riskləri ölçməyə çağırırlar. Tədqiqatın özü sırf müşahidə xarakterli olduğundan və 446.000-dən çox xəstənin tibbi qeydlərinə əsaslandığından, müəllifləri iltihab əleyhinə dərmanların ürək tutması riskini niyə artırdığını dəqiq deyə bilmirlər.
Lakin əvvəlki tədqiqatlar bu əlaqənin ağrıkəsicilərin qan damarlarını qoruyan prostasiklin adlı bir hormonu bloklamaq qabiliyyəti ilə izah edirdi. Bundan əlavə, tədqiqatçılar bir həftəlik ağrıkəsici istifadənin ürək tutması riskini artırdığını, lakin bu dərmanları bir aydan çox qəbul etməyin ürək tutması riskinin oxşar artmasına səbəb olmadığını göstərdilər. Ən yüksək dozada ağrıkəsici qəbul edən xəstələr də təhlükəli ürək problemləri riski ilə üzləşirlər.
Aygün Musayeva