Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib.
Medicina.az xəbər verir ki, TƏBİB məlumatına görə, 10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.
Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır. Həkimlər həyətdəcə doğuşu qəbul edib.
Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir".