Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb - İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

  • 2026.09.14 14:40
  • 118 Baxış
Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb -  İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Autizm bir çoxları üçün müalicəsi olmayan xəstəlik kimi qəbul edilsə də, doğru və fərdi yanaşma ilə çox ciddi irəliləyişlər əldə oluna bilər. Moskvadan müraciət edən azyaşlı pasiyentin hekayəsi də bu istiqamətdə diqqətçəkən nümunələrdən biridir.
Belə ki, autizmli uşaqda yaşıdları ilə sosiallaşma, yuxu rejiminin və nitqinin düzəlməsi kimi ciddi inkişaf müşahidə edilir.


Medicina.az əbər verir ki, valideyn qeyd edir ki, xeyli xərc çəkərək dəfələrlə Rusiyada və digər xarici ölkələrdə müxtəlif həkimlərə müraciət etsələr də, uşaqda heç bir inkişaf görməyiblər.

Ailə sosial media vasitəsilə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi haqqında məlumat toplayıb və son çarə olaraq Bakıya üz tutublar. Mərkəzdə uşağa fərdi inteqrativ müalicə proqramı hazırlanıb və 6 ay ərzində 2 kurs müalicə tamamlanıb.

Ailə bildirir ki, müalicənin ilk ayından etibarən uşağın davranışlarında müəyyən dəyişikliklər hiss olunmağa başlayıb.

"Bir çox yerdə olmuşuq, müxtəlif üsullar sınamışıq. Amma burada bir ay keçəndən sonra uşağın daha sakit olduğunu gördüm. Məhz buna görə müalicəni davam etdirməyə qərar verdim", – deyə valideyn bildirir.

Onun sözlərinə görə, son aylarda uşağın sosiallaşmasında, ətrafdakılarla ünsiyyətində və gündəlik davranışlarında müsbət dəyişikliklər müşahidə olunur.

Uşaqda göz təması yaxşılaşıb, daha çox sual verməyə başlayıb, ətraf mühitə marağı artıb. Azyaşlı öz fikirlərini daha rahat ifadə etməyə başlayıb.

"Əvvəllər bizi ən çox narahat edən məsələlərdən biri stereotipik davranışlar və yuxu problemləri idi. Hazırda bu istiqamətlərdə irəliləyiş görürük. O, artıq daha çox ünsiyyət qurur, məni daha yaxşı eşidir və yaşıdlarına daha çox yaxınlaşır", – deyə ana əlavə edir.

İnteqrativ müalicə mütəxəssisinin sözlərinə görə, autizm spektr pozuntusunda inteqrativ müalicə yanaşması uşağın vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Bu zaman yalnız davranış və nitq deyil, yuxu keyfiyyəti, qidalanma vəziyyəti, həzm sistemi, sinir sistemi və digər amillər də diqqətdə saxlanılır.

İnteqrativ müalicənin əsas məqsədi uşağın inkişaf potensialını dəstəkləmək, gündəlik həyat bacarıqlarını gücləndirmək və sosial adaptasiyasına kömək etməkdir.

Hazırda uşağın müalicə proqramının növbəti mərhələsi davam edir və həm mütəxəssis, həm də ailə əldə olunan nəticələrin daha da inkişaf edəcəyinə inanır.

Moskvadan müraciət edən azyaşlı pasiyentin hekayəsini və valideynin təəssüratlarını əks etdirən videonu bu linkə daxil olaraq izləyə bilərsiniz.