Övlad vermək, “Allaha çevrilmək”, analıq, həkimlik... - Uzman ginekoloqdan səmimi - VİDEO

  • 2026.09.14 16:00
  • 121 Baxış
Övlad vermək, “Allaha çevrilmək”, analıq, həkimlik...   - Uzman ginekoloqdan səmimi - VİDEO


BTV-də "Saturasiya” layihəsinin növbəti qonağı tanınmış mama-ginekoloq, uzman doktor Günel Ziyadova olub.

Medicina.az xəbər verir ki, dr. Günel Ziyadova Türkiyədə keçdiyi təhsil yolundan, analıqla peşəkar inkişafı birlikdə davam etdirməyin çətinliklərindən və Azərbaycana qayıtdıqdan sonra formalaşdırdığı həkimlik fəaliyyətindən danışıb.

Podkastda qadın və reproduktiv sağlamlıq, sonsuzluq, IVF proseduruna müraciət üçün doğru zaman, hormonal stimulyasiya, yumurta toplama prosesi, süni mayalanmanın qadınların və doğulan uşaqların gələcək sağlamlığına təsiri ilə bağlı cəmiyyətdə mövcud olan sual və narahatlıqlara aydınlıq gətirilib.

Söhbət zamanı, həmçinin qız uşaqlarının erkən yaşlardan düzgün maarifləndirilməsi, yeniyetmə və yetkin qadınların sağlamlıq ehtiyacları, həkimlərin sosial mediada fəaliyyəti, pasiyent məxfiliyi, peşəkar və hüquqi təhlükəsizlik kimi vacib məsələlər müzakirə olunub.

Azərbaycanda qadın və uşaq sağlamlığının qorunması üçün görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb, səhiyyə sisteminin inkişafına dair maraqlı təklif və yanaşmalar səsləndirilib.

Ətraflı BTV-də izləyin.


Aygün Musayeva
medicina.az