“Ağ qızıl” adlandırılır: ən faydalı çərəzin inanılmaz təsirləri

  • 2024.05.21 19:01
  • 930 Baxış
“Ağ qızıl” adlandırılır:  ən faydalı çərəzin inanılmaz təsirləri
Qarışıq çərəz boşqablarında təqdim edilən ləbləbini mütəxəssislər “ağ qızıl” adlandırırlar.

Medicina.az xəbər verir ki, buna səbəb ləbləbinin ən faydalı çərəzlərdən biri olmasıdır. Tam zülal və lif mənbəyi olan bu çərəz orqanizmdəki bir çox problemi həll edə bilər.

Bitki mənşəli zülal mənbəyi olan ağ qovrulmuş noxudun faydaları sonsuzdur. Qidalandırıcı xüsusiyyətlərə malik olan bu çərəz sağlam qidalanmaya daxil edilməsi lazım olan paxlalı bitki növüdür.

Az yağlı və kalorili olduğundan sağlam qidalar sırasındadır. Tərkibindəki yüksək lif həzm sistemini yaxşılaşdıra və qəbizliyi aradan qaldıra bilər. Bundan əlavə, ac olduğunuz zaman az miqdarda yemək aclıq hissini sakitləşdirmək üçün kifayətdir.

Veqan və vegetarian dietlərində tez-tez istehlak edilən qəlyanaltı növüdür Vitamin və mineral balansını təmin etmək üçün ləbləbidən dəstək ala bilərsiniz.

Bu çərəz ən çox hamilələr üçün faydalıdır. Körpənin sağlam qidalanması üçün ananın ehtiyac duyduğu qidaları təmin edir. Anemiya riskini aradan qaldırır və körpənin sağlamlığını qoruyur.

Ləbləbi ürək bulanmasına qarşı da təsirlidir. Ürək bulanması zamanı orta miqdarda istehlak etdikdə xoşagəlməz hisslərin qarşısını ala bilər. Bu zaman mədə turşusunu basdıraraq bir müddət rahatlıq təmin edəcək.

100 qram ləbləbidə təxminən 357 kalori var. Həmçinin 58 q karbohidrat, 4,99 q yağ, 7,74 q lif və 19,9 q zülal ehtiva edir.

Ləbləbi arıqlamağı asanlaşdırır. Müntəzəm pəhriz və idmanla məşğul olan insanların rutinlərinə daxil edə biləcəkləri qəlyanaltıdır.
Tək istehlak edildikdə çəki artımına səbəb olmur.


Aysel