Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərləri toksinlərdən təmizləməyin asan yolu

  • 2024.05.06 22:12
  • 957 Baxış
Ağciyərləri toksinlərdən  təmizləməyin asan yolu
Hava çirkliliyi, düzgün qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir.

Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq son dərəcə vacibdir.

Mütəxəssislər bütün bunlarla yanaşı, sağlam həyat üçün ağciyərləri qorumaqda xüsusi rolu olan qidaları da açıqlayıblar.

Tövsiyə olunan bu qidalar mütəmadi olaraq istehlak edildikdə ağciyərlər toksinlərdən təmizlənir.

Medicina.az həmin qidaları təqdim edir:

Antioksidantlar

Tərkibində C vitamini, E vitamini, beta-karoten olan meyvə və tərəvəzlər ağciyər sağlamlığını dəstəkləməkdə son dərəcə təsirlidir. Çiyələk, brokoli, portağal, qırmızı bibər və yerkökü bu vitaminlərlə zəngindir.

Omega-3

Omeqa 3 yağ turşuları iltihabı azaldaraq ağciyər sağlamlığını dəstəkləyir. Somon, kətan toxumu və skumbriya bu yağ turşuları ilə zəngindir.

Yaşıl çay

Tərkibindəki “katexin” sayəsində nizamlı olaraq istehlak edildikdə ağciyər toxumasının sərtləşməsinin qarşısını alır.

Qəhvə

Tərkibindəki antioksidantlar və kofein ağciyər sağlamlığını dəstəkləməyə kömək edir. Bu səbəbdən mütəxəssislər gündə bir fincan qəhvə içməyi məsləhət görürlər.

Balqabaq

Zəngin karotenoid mənbəyidir. Tərkibində çoxlu zeaksantin və lutein var. Həmçinin, alfa və beta karotin ehtiva edir. Bütün bu maddələr ağciyər funksiyasını yaxşılaşdırmaqda çox təsirlidir.

Qatıq

Evdə hazırlanmış qatıq mütləqdir. Qatıq kalsium, kalium, selen və fosforla zəngindir. Müntəzəm olaraq istehlak edildikdə ağciyər sağlamlığını qorumağa kömək edir. Ağciyərləri bütün toksinlərdən təmizləyir.

Sarımsaq və soğan

Bu ikili təbii antibiotikdir. Tərkiblərində iltihab əleyhinə komponentlər var. Ağciyər sağlamlığını qoruyan soğan və sarımsağın müntəzəm istehlak edilməsi tövsiyə olunur.

Çuğundur

Tərkibindəki betalain sayəsində ağciyər funksiyalarını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, kalsium, A və C vitaminləri ilə də zəngindir. Damarları genişləndirərək oksigen qəbulunu asanlaşdıran çuğundur, ağciyər sağlamlığının qorunmasında çox mühüm rol oynayır. Bununla belə, diqqət tələb edən bir məsələ var: xroniki xəstəlikləri olanlar çuğunduru qida rasionuna daxil etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Sitrus meyvələri

C vitamini ilə zəngin olan sitrus meyvələri immunitet sistemini gücləndirərək ağciyərlərin sağlamlığını qorumağa kömək edir. Pəhrizinizə mövsümi sitrus meyvələrini daxil edə bilərsiniz.

Nar

Tərkibində antioksidantlar və antiinflamatuar komponentlər var. Bu səbəblə ağciyər sağlamlığını dəstəkləməyə kömək edən meyvələrdən biridir.

Sarıkök

Antioksidantlar və iltihab əleyhinə təsiri baxımından tanınan ədviyyat növüdür. Tərkibindəki kurkumin ağciyərlərə də faydalıdır.

Qırmızı kələm

A, C vitaminləri və riboflavin ilə zəngin olan qırmızı kələm təkcə ağciyərləri deyil, həm də ümumi sağlamlığı qoruyur. Tərkibindəki yüksək miqdarda beta karoten və antosiyanin sayəsində ən faydalı tərəvəzlər arasındadır.

Mütəxəssislər bildirirlər ki, bu qidaların bir neçəsini eyni zamanda qəbul etməklə təsirlərini daha da artırmaq olar. Bunun üçün onlardan salat və ya şorba hazırlamaq olar.


Aysel