Arif Quliyevin həyat yoldaşı reanimasiyadadır

  • 2024.05.21 15:53
  • 973 Baxış
Arif Quliyevin həyat yoldaşı   reanimasiyadadır

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.


"Medicina" xəbər verir ki, bunu yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib.

O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".

medicina.az