Açıq MRT ilə daha rahat müayinə! - Regionun azsaylı Açıq MRT cihazlarından biri Masallıda!

  • 2026.09.09 17:56
  • 122 Baxış
Açıq MRT ilə daha rahat müayinə! -  Regionun azsaylı Açıq MRT cihazlarından biri Masallıda!

Maqnit Rezonans Tomoqrafiya (MRT) müasir tibbdə dəqiq diaqnoz üçün ən etibarlı müayinə üsullarından biridir. Lakin bu müayinə metodu bəziləri üçün, xüsusilə də qapalı məkan qorxusu (klaustrofobiya) olanlar, yaşlılar, uşaqlar və artıq çəkili şəxslər üçün heç də əlverişli deyil.

Medicina.az xəbər verir ki, belə şəxslər üçün açıq MRT cihazları daha rahat müayinə şəraiti təmin edir. Çünki bu tipli müayinə zamanı xəstə tunel şəkilli cihaza daxil olmur. Xəstələr üç tərəfi açıq, daha səssiz cihazda müayinədən keçirlər.

Açıq MRT cihazları ölkədə say baxımından çox geniş yayılmayıb. Xüsusilə regionlarda bu tip avadanlıqlara rast gəlmək çətindir. Buna baxmayaraq, bu cihazlar klaustrofobiya (qapalı məkan qorxusu), ağır dərəcəli artıq çəki (obezitə), panik atak, onurğa yırtıqları və mürəkkəb oynaq xəstəlikləri kimi xüsusi yanaşma tələb edən vəziyyətlərin diaqnostikasında əvəzolunmazdır.




Regionlarda fəaliyyət göstərən azsaylı açıq MRT mərkəzlərindən biri də Masallıdadır. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Masallı filialında fəaliyyət göstərən açıq MRT cihazı vasitəsilə bu xidmət cənub bölgəsinin sakinləri üçün daha əlçatandır. Başqa sözlə Mərkəzin Masallı filialında fəaliyyət göstərən açıq MRT sistemi təkcə Masallı deyil, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara və ətraf rayonlardan müraciət edən xəstələr üçün də mühüm imkan yaradır. Bu həm vaxt itkisini azaldır, həm də xəstələrin diaqnostika üçün uzun məsafələr qət etməsinin qarşısını alır.

Açıq MRT-ni fərqləndirən nədir?

Ənənəvi MRT-nin qapalı tunel formalı aparatları bəzi xəstələrdə narahatlıq və gərginlik yaradır. Açıq MRT texnologiyası daha geniş və komfortlu konstruksiyaya malik olduğundan xəstələrin özlərini rahat hiss etmələrinə imkan verir.
Müayinə zamanı xəstə ətraf mühitlə əlaqəsini itirmir, bu isə xüsusilə psixoloji rahatlıq baxımından əhəmiyyətlidir. İstəkdən asılı olaraq xəstənin yanında müşaiyyətçi də qala bilər.

Digər üstünlüklərdən biri də, açıq MRT cihazlarının ənənəvi cihazlarla müqayisədə daha artıq çəki götürə bilməyindədir.

Açıq MRT xidmətləri üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Masallı filialına müraciət edə bilərsiniz.

Masallı ray., E.Hüseynov küç.
Telefon: (+99425) 215 50 89
Mobil: (+994 55) 532 89 88