Armudun inanılmaz 5 faydası

  • 2024.06.25 17:47
  • 961 Baxış
Armudun inanılmaz  5 faydası
Yaz və yay aylarında meyvə çeşidliliyi artır və rəngarəng meyvələr arasından armudu seçmək heç kimin ağlına gəlmir. Lakin dietoloqlar armud yemək üçün 5 səbəb olduğunu bildirirlər.

Medicina.az həmin səbəbləri təqdim edir:

1. Armud liflə zəngindir

Araşdırmalara görə, bir orta ölçülü armud gündəlik lif qəbulunun 20 faizini təmin edir. Armudun tərkibindəki lif bağırsaqları hərəkət etdirir, qəbizliyin qarşısını alır.

2. Ürək sağlamlığını dəstəkləyir

2022-ci ildə edilən bir araşdırmaya görə, nə qədər çox lif istehlak etsəniz, infarkt və insult kimi ürək-damar hadisələri riskiniz bir o qədər azalır. Armudun tərkibindəki prosiyanidin və quercetin kimi antioksidantlar ürəyə əla fayda verir və pis xolesterini aşağı salır.

3. Armud 2-ci tip diabet riskini azalda bilər

Armud qan şəkərini nizamlayır. Bu meyvə liflə zəngindir, qlisemik indeksi aşağıdır, antosiyanin adlı antioksidant ehtiva edir.
Bütün bunlar qan şəkərinin artmasının qarşısını alır və tip 2 diabet riskini azaltmağa kömək edir.

4. Armud iltihab əleyhinə xüsusiyyətlərə malikdir

İltihab orqanizmin təhlükə hesab etdiyi şeyə təbii reaksiyasıdır, lakin aktiv təhlükə olmadığı zaman bədəndə yığılıb xroniki iltihaba səbəb ola bilər ki, bu da təhlükəlidir.

Armud istehlakı bədəndə iltihabı azaltmağın yollarından biridir. Armudun antiinflamatuar xüsusiyyətləri onun yüksək antioksidant tərkibi ilə əlaqəlidir.

5. Armud sağlam bağırsaq mikrobiomunu dəstəkləyir

Bağırsaq mikrobiomu həzm sisteminin sağlamlığına, eyni zamanda immunitetin güclü olmasına, eləcə də digər bədən funksiyalarına töhfə verir. Bağırsaqlardakı yaxşı bakteriyalar olan probiotiklər armudda olan prebiotiklərlə qidalanırlar.


Aysel