Aşpaz Mehmet Yalçınkayanı arıqladan üsul - Sirrini açdı

  • 2024.06.27 21:51
  • 1102 Baxış
Aşpaz Mehmet Yalçınkayanı arıqladan üsul -  Sirrini açdı
“MasterChef Türkiye” ilə məşhurlaşan aşpaz Mehmet Yalçınkaya son günlər arıqlaması ilə diqqət çəkir.

Medicina.az xəbər verir ki, məşhur aşpaz necə arıqladığını açıqlayıb.

O, verilişin yeni mövsümündə arıqlamağını limonlu suya borclu olduğunu bildirib.

"Arıqlamağımın ən böyük səbəbi limonlu sudur. Bol limonlu su içdiyim üçün arıqladım. Ancaq limonlu su içməyim hər kəsin bunu etməli olduğu anlamına gəlmir”.

Limonlu su nə işə yarayır?

*Həzmə kömək edir: limonun tərkibində olan turşu qidaların parçalanmasında və həzmində rol oynayan mədə turşusunun ifrazını artıran təsirə malikdir. Beləliklə, limonlu su içdiyiniz zaman həm susuzluğunuzu yatırırsınız, həm də həzm sisteminizə kömək edirsiniz.

*Limon turşusu böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır: araşdırmalar göstərir ki, limonun tərkibindəki limon turşusu sidiyi daha az asidik etməklə böyrək daşlarının əmələ gəlməsinin qarşısını ala bilir. Bundan əlavə, limon turşusu kiçik böyrək daşlarını parçalamaq potensialına malikdir.

*Limonlu su C vitamini mənbəyidir: limonlu suyun tərkibində bol miqdarda C vitamini var.

Vitamin C antioksidant xüsusiyyətlərə malikdir: Buna görə də sağlam bədən hüceyrələrini sərbəst radikalların zərərindən qorumağa kömək edir.

Kollagenin iş performansını maksimum dərəcədə artırır.

* Limon liflə zəngin bir qidadır: Ac qarına limonlu su içməyin faydaları arasına bağırsaqların vəziyyətini yaxşılaşdırmaq və qalın bağırsağı nəmləndirmək daxildir.

Xüsusilə səhər yuxudan duranda acqarına limonlu su içmək təmizləyici və zərərsizləşdirici təsirə malikdir. Acqarına limonlu su içmək həzm prosesinin başlamasına kömək edir. Beləliklə, həzmsizlik, mədə yanması və şişkinliyi də aradan qaldırır.



Aysel