Avtomobil sonsuzluğa səbəb ola bilər - Bu xüsusiyyətdən istifadə etməyin!

  • 2024.05.21 23:25
  • 580 Baxış
Avtomobil sonsuzluğa səbəb ola bilər -  Bu xüsusiyyətdən istifadə etməyin!
Avtomobillər sonsuzluğa səbəb ola bilər. Elmi araşdırmalar göstərir ki, maşınlardakı bir xüsusiyyətdən istifadə edənlərin əksəriyyətinin sperma miqdarında ciddi azalma müşahidə olunur.

Medicina.az xəbər verir ki, həkimlərin fikrincə, avtomobillərin sonsuzluğa səbəb olan həmin təhlükəli xüsusiyyəti istilik sistemidir. Xüsusən soyuq qış günlərində bir çox insan avtomobillərindəki oturacaqların istilik sistemini aktivləşdirir. Ancaq alimlər həmin istiliyin sperma sayının ciddi şəkildə azalmasına səbəb olduğunu bildirirlər.

Soyuqdan qorunmağa çalışarkən nəsillərinin davam etməsinə mane olduqlarının fərqində olmayan bir çox kişidə sperma azalması əhəmiyyətli dərəcədə artmağa davam edir. Kişilərin çanaq nahiyəsində həddindən artıq istiləşməyə səbəb olan avtomobil oturacaqları gizli təhlükə olaraq qalmaqda davam edir. Xüsusilə sperma sayı az olan və ya ata olmaqda problem yaşayan kişilərin oturacaqları qızdırmaqdan vaz keçməsi tövsiyə edilir.

Mütəxəssislər keyfiyyətli sperma istehsalını təmin etmək üçün bədənin aşağı bölgələrinin normaldan 1-2 dərəcə soyuq olması lazım olduğunu və aşağıdan qızdırılan oturacaqların bu tarazlığı pozduğunu bildirirlər.

Mançester Universitetində çalışan məşhur professorlardan biri nəqliyyat vasitələrinin və dar şalvarın sperma istehsalına təsiri ilə bağlı açıqlamaları ilə diqqət çəkir. Professor bir müddətdir bu vəziyyətdən xəbərdar olduqlarını və uzun müddət qızdırılan və ya dar paltarlara sıxışmış cinsiyyət nahiyəsinin sperma istehsalını azaltdığı söyləyir.

Tədqiqatlar göstərir ki, sperma sayının azalması və ya artmasında hətta peşələrin də rolu var. Ağ yaxalılardan daha aktiv həyat sürən və daha çətin şərtlərdə çalışan mavi yaxalıların sperma nisbətləri 50 faiz çoxdur.


Aysel