Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanan şəxsin həyatı xilas edilib.
Bu barədə “Bakupost”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1963-cü il təvəllüdlü kişi kəskin stenokardiya səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Məlumata görə, pasiyentin ürək fəaliyyətinin dayanması müşahidə edilib. Təxminən 25 dəqiqə ərzində aparilan ürək- ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində onun həyatın xilas etmək mümkün olub.
medicina.az