Azərbaycanda 80 faiz insanda defisit olan – Selen

  • 2024.04.29 18:54
  • 922 Baxış
Azərbaycanda 80 faiz insanda defisit olan    – Selen

RAMH Qida institutunun araşdırmasına görə, 80% insan orqanizmində selik çatışmır.


“Medicina” xəbər verir ki, bu mikroelement orqanizmin özü tərəfindən sintez olunmadığı üçün mütləq kənardan alınmalıdır.


Selen əzələ sistemi, immunitet üçün çox vacibdir. O, hətta insanı VİÇ-dən qorumaq üçün mütləqdir.

Endokrin və reproduktiv sistemin işində selen lazımdır. Selenium Parkinson, dağınıq skleroz, Alsheymer kimi xəstəliklərin riskini salır.


Özünüzdə selen çatışmazlığını elə xarici əlamətlərlə görə bilərsiz.
Qanda selen analizi nadir halda da olsa yoxlanıla bilər, norması 23-190 arasıdır.


Nutrisoloq İqor Strokov selen əsklikliyinin əlamətlərini sadalayıb:

- İmmunitet zəifliyi – tez-tez xəstələnmə, virus və bakteriyalar

- Dəri, saçlar və dırnaqların vəziyyətinin pisləşməsi, quruma, qırılma, qabıqlanma, səpkilər

- Bədəndə ümumi yorğunluq və zəiflik – çünki selen energetik mübadilədə iştirak edir.

- Qalxanvari vəzin pozulması, autoimmun xəstəliklər

- Ürək, qan damar sisteminin xəstəlikləri, damar tutulması, təzyiq

- Əzələ kütləsinin azalması, zəifləmə

- Sonsuzluq – kişi və qadınlarda uşaq sahibi olmaq şansını azaldır”

Aygün Musayeva