Beyini gənc saxlayan fərqli qida açıqlandı

  • 2024.04.25 16:52
  • 773 Baxış
Beyini gənc saxlayan fərqli qida  açıqlandı



Beyninizi vaxtından əvvəl qocalmadan qorumaq üçün bunu rasiona əlavə etmək lazımdır.


“Medicina” xəbər verir ki, Yaponiyanın geriatriya mərkəzinin baş əməkdaşı Şu Jan beyni gəncləşdirən qidanı açıqlayıb.


“Bir çox alimlər əmindir ki, Aralıq dənizi dietası uzun ömür və beyin sağlamlığı üçün ən uyğundur.


Lakin biz hesab edirik ki, yapon qidalanması beyin sağlamlığını ən yüksək səviyyədə qoruyur.


Araşdırmalarımız göstərib ki, düyü, dəniz molyusu, dəniz yosunu, yəni suşinin tərkibində olan ərzaqlar demensiyanın qarşısını alır, beyni aktiv saxlayır.


Avropa qidalanma stilindən fərqli olaraq, yapon pəhrizi beyin üçün daha faydalıdır.


Beyin tipik hazır qidaları, rafinə edilmiş karbohidratları, yağlı qidaları sevmir”.



Elmi işdə 1700 yapon iştirak edib. Onlar 40-60 yaş arası olub.

589 nəfər ənənəvi yapon qidalanma sisteminə əməl edib, ikinci qrup Avropa qidası, üçüncü qrup bitkilərlə qidalanıb.

2 il ərzində hamının beynində gedən atrofiya dərəcəsi yoxlanılıb.


Yapon qidalanmasında olanların beynində atrofiya Avropa sistemində olanlardan dəfələrlə az idi.

Xüsusən qadınlarda bu fərq yüksək idi. Kişilərdə içki və siqaret səbəbindən dietalar elə də təsirli deyil”.

Aygün Musayeva