Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyni məhv edən gizli təhlükə! - Alzheimer, Parkinson və epilepsiya yaradır

  • 2024.06.20 19:47
  • 1197 Baxış
Beyni məhv edən gizli təhlükə! -  Alzheimer, Parkinson və epilepsiya yaradır
Çin duzu beyin xəstəliklərinə səbəb olur. Üstəlik bu qatqı maddəsi bir çox qidada var.

Çin duzu kimi tanınan Mono Sodium Qlutamat (MSG) başda Alzheimer olmaqla, bir çox xəstəliklə əlaqələndirilir.

Medicina.az xəbər verir ki, ət və toyuq bulyonlarında, eləcə də fast-foodlarda istifadə edilən Çin duzu dünyanın ən zərərli qidası seçilib.

MSG ciddi sağlamlıq problemlərinə səbəb olan təhlükəli əlavə kimi tanınır. Bu əlavə cips, dondurma, rəngli yoqurtlar və hazır şorba kimi bir çox qidaya əlavə olunur. MSG mərkəzi sinir sisteminə mənfi təsir göstərir və aşağıdakı xəstəliklərə səbəb ola bilər:

- Alzheimer
- Parkinson
- Epilepsiya
- Hantinqton xəstəliyi

Sinir sisteminə təsirindən əlavə, MSG istehlakı bir çox digər sağlamlıq problemlərinə də səbəb ola bilər. Bunlara anormal ürək döyüntüləri, nəfəs almada çətinlik, zehni qarışıqlıq və konsentrasiya problemləri, piylənmə, diabet, böyrək və qaraciyərin zədələnməsi, mədəaltı vəzinin zədələnməsi və s. daxildir.

Hamiləlik dövründə tərkibində MSG olan qidaların istehlakı xüsusilə yüksək risk daşıyır. MSG plasentanı keçərək körpəyə birbaşa zərər verə, inkişaf problemlərinə səbəb ola bilər. Mütəxəssislər hamiləlik dövründə belə qidalardan qəti şəkildə uzaq durmağı məsləhət görürlər.


Aysel