Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər

  • 2026.09.01 22:05
  • 95 Baxış
Böyük sinəli qadınlarda bu təhlükəli    vəziyyət ola bilər


Hormonal dəyişikliklər qadınlarda təhlükəli dərəcədə böyük döşlərə gətirib çıxara bilər.


Medicina.az xəbər verir ki, onkoloq Aleksandr Soynovun sözlərinə görə, qadınlarda gigantomastiya səbəbindən yaranan böyük döşlər əslində, sağlamlıq üçün təhlükəli ola bilər.

Gigantomastiya qadının döşlərinin həm forma, həm də çəki baxımından həddindən artıq böyük olması deməkdir. Doktor Soynov xəbərdarlıq edib ki, bu bir sıra sağlamlıq problemləri yarada bilər.


"Böyük döşləri olan qadınlar bel, boyun və çiyin ağrısı yaşayır və duruşları pozulur".

Doktor Soynov əlavə edib ki, qadınlarda gigantomastiyanın səbəbini dəqiq demək hələ mümkün deyil.

Alimlər bunun genetik meyllə ola biləcəyini etiraf edirlər. Qadınlarda təhlükəli dərəcədə böyük döşlərin hormonal dəyişikliklər, artıq çəki, endokrin xəstəliklər və müəyyən dərmanlar səbəbindən yaranması da mümkündür.


Həkim həddindən artıq böyük döşlər problemini həll etməyə nəyin kömək edə biləcəyi barədə fikirlərini bölüşüb. O, həmçinin cərrahiyyə və arıqlamanı effektiv üsullar adlandırıb.

Aygün Musayeva