Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

  • 2026.09.11 12:51
  • 140 Baxış
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Medicina.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.