Çəkisi 113 kiloqramı keçən qadın estetik əməliyyatla bədən şəkilləndirmər üçün tanınmış cərraha üz tutsa da, ona imtina olunub.
Medicina.az xəbər verir ki, ümumi cərrah, tibb elmləri doktoru Səkinə Xudiyeva 113 kiloqram çəkili qadına imtina səbəbini belə açıqlayıb:
“Çünki belə pasiyentlərdə nəticəmiz istədiyimiz kimi ideal olmayacaq. Ona görə bu çəkidə pasiyentləri ilk öncə arıqlamaq üçün dietoloqa göndəririk. Ən azı 13 – 15 kq arıqlayıb, 100-ə enmək lazımdır. Amma çox yaxşı nəticə, bədən üçün 23 kq arıqlamaq yaxşı olardı.
Pasiyentin yaşı azdır, amma qarın və piylər çox böyükdür. Ona görə sağlam orqanizm, düzgün əməliyyat... Dietoloqla cəmi 3 aya 13-15 kq atandan sonra bir daha konsultasiya edəcəyik”.
Ətraflı videoda