Türkiyəli müğənni Nev reanimasiyaya yerləşdirilib.
Medicina.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı sənətçinin bir müddətdir xəstəxanada müalicə aldığı məlum olub.
Bildirilib ki, müğənninin şüuru açıqdır və müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Müğənninin hansı xəstəxanada müalicə aldığı və səhhəti ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, əsl adı Nevzat Doğansoy olan Nev 1968-ci ildə İstanbulda anadan olub. O, 1995-ci ildə “Chantage” qrupu ilə səhnəyə çıxmağa başlayıb. 2001-ci ildə yayımlanan “Her Şeye Rağmen” albomu ilə geniş auditoriyaya tanınıb. “Zor”, “Sen Gibi”, “Işığım ve Gölgem” kimi mahnıları ilə məşhurlaşıb.