Medicina.az az xəbər verir ki, Sənan Mehdiyevin həmkarı, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli bildirib ki, bu, vicdanlı, peşəkar həkimlər üçün sarsıdıcı hadisədir. Onun fikrincə, məhkəmə həkimlə bağlı qərarda daha humanist qərar verə bilərdi:
"Sənan həkimlə 10 ilə yaxın bir şöbədə çalışmışam. 2008-də mən institutda işə başlayanda, bu gün döşünə döyən həmkarlarımızın bir çoxu hələ ixtisasın "oktyabryat andı"nı içəndə Sənan RKX-da rinoplastika edirdi. Digər əməliyyatları da o cümlədən. Ölkədə 600-ə yaxın LOR həkim var. Sənan mübaliğəsiz içimizdə nəzəri savadı da ən yaxşı olanlardan (tam səmimi deyirəm, məndən savadlı!) biridir. Burda dostluğumda belə olan neçə qohumumu da (rinoplastikaya məsləhət vermirəm demək olar ki, öz qərarları ilə gediblər) əməliyyat edib.
10 il öncə gənc bir xanım xəstəsi "bədxassəli hipertermiya" adlı bir mərəzdən vəfat etdi masada. Bilənlər bilir, bilməyənlər axtarış verib öyrənə bilər, bu vəziyyətdən xəstəni çıxarmaq mümkün idimi?
Bu ili də təəssüf ki, yenə Sənanın əməliyyat etdiyi və əməliyyatdan bir neçə gün sonra vəfat edən bir xanım pasientin talehsiz xəbəri ilə başladıq.. Sənanın səhvi varmı-yoxmu istintaq mövzusudur. Dünən öncə saxlanılması, bu günsə məhkəmədə haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilməsi xəbərini oxuduq. Hakimin qərarıdır, qanunlarımıza uyğun seçilib.
Amma!
Sənan həkimdir, xüsusi təhlükəli cinayətkar deyil. Məhkəməyə kimi azadlıqda olması istintaqdan yayınma, ya da təsir etmə imkanı verirdimi, haqqında başqa tədbir seçilə bilərdimi?
İnsanın bildiyim (tanıyanların da qeyd etdiyi) tək əksikliyi bir qədər kobud olmasıdır, vəssalam!"
R.Həşimli hesab edir ki, həkimlərin hər an həbs oluna bilməsi qorxusu səhiyyə üçün böyük fəsadlar verə bilər:
"Heç bir həkim xəstəsinin ölməsi bir yana, ağırlaşmasını belə istəməz! İstəmirik! İşimiz gərəyi hər gün risk altında işləyirik. Hər gün hansısa xəstəmiz elementar müayinə əsnasında belə ağırlaşa bilər. Belə çıxır ki, istənilən an hər birimiz barmaqlıqlar arasına düşməkdən sığortalanmamışıq və hansısa bir ağır xəstə gördükmü, həmən qaçıb uzaqlaşmalıyıq? İnanın ki, hər ağır xəstə ilə ağırlaşır, ölənlə ölür, sağalanla sağalırıq! Qatil deyil, ən az 10 il ali tibb təhsili almış mütəxəssisik! Məsləyimiz isə mələklə-şeytan arası var gəl edən bir məsləkdir. Kimsə özünü mələk saya bilməz burda!
Ölkəmizdə elementar bir ümumi qan analizi üçün xaricə üz tutan insanlar var. Amma əhalinin neçə faizidir onlar? Bu xalqı Azərbaycan həkimi müalicə etmirmi? Bu gün sanki düşmən mövqesinə qoyulub, hədəf taxtasına oturdulmuşuq. Sosial, ənənəvi media həkimə nifrətlə aşıb daşır...
Uzaq deyil, 4 illik yaxın tarixdə Pandemiya, Vətən müharibəsi zamanı alqışladığınız kim idi? Neçəsi hər iki cəbhədə canını fəda etdi bilirsizmi? Alqışa görəmi çalışır həkim? Qəti! Borcudur, peşəsidir! Əksəriyyəti bunu düşünür. Nə alqış, nə də bu cür nifrət dili istəmir.
Az öncə oxudum, hər məsələyə fikir bildirən bir professorumuz yenə epidemik vəziyyətin pisləşməsindən danışıb (şəxsi müşahidəmə görə deyim- vəziyyət pis idi, son 10 gündür sanki daha yaxşıdır). Allah qorusun yenə bir pandemiya olsa elə edək ki, çalışan tapaq.
Bəs vəfat edən gənc?- deyə sorsanız? Hər bir insan ölümü faciədir. Hələ gənc ana ola..! Bunu, bu sətirləri oxuyanlar arasında anasını tam da o yaşda itirən birisi kimi mənim qədər hiss edə bilən az olar. Allah qəni-qəni rəhmət eləsin! Acılı ailəsinə səbr versin! Ən çox da o 3 yaşlı qızcığaza ağrıyır ürəyimiz.. Qədər! Heç birimiz qaça bilmədik!
Sonunu bir həmkarımızın ifadəsi ilə deyim:
Onlarla “diplomsuz doktorcuklar” onlarla xəstə ölümünə səbəb olub sosial şəbəkələrdə hoqqa verməyə davam etdiyi bir zamanda, həqiqi bir mütəxəssisin günahı varmı, yoxmu daha şübhə altındaykən həbsə atılması professionallıq və ədalət adına çox acı bir durum.
Heç bir həkim xəstəsinin ölümünə səbəb olmaq istəməz…"
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Mende Senan hekim emeliyyat edib 3000 manat pulumu aldi genceden getnmisdim nelerde analize pul hele yolpulunu saymiram ...men ora sadece burnumda ceper eyrisine gore getnisdim cunku burnum ne yeke deyildi nede dik ...men getdim baxdi dediki iki terefli ceper eyrisi var onun dediyine gore cunku en cox gece xorultuya gore getdim ki belkede ceper eyrisi edir ..neyse emeliyyat oldum uje 5 ildi ancaq men yenede nefes almaqda cetinlik cekirem nece terifleyim bu insani qan gelir elece burumda quruyub qalir ..basa dusurem isyemezdi bele olsun amma cox kobud insandi hedden artiq mene dediki estetik gorunusde verecem ona gorede 3000 odiyeceksen dedim hecne ne eziuyetnen yigdigim pulu ona yedizdirdim harami olsun .emeliyayydan sonra gun kecdikcen gordum ki hecne etmeyib burnumu sorusanda dediki ozum bele meslehet gordum sadece ceperi gotuedum dedim pulumu qaytarin o zaman o mene kobudluq etdi yeni bir soznen pulumu yedi harami olsun ceksin cezasini o qizin balasinin ne gunahi vardi ele mundar hekimlere ders olsun ki basqasin balasin caninan heyvan kimi reftar elemesinler
Sənan doktor çox savadlı, bilikli, təcrübəli və məsuliyyətli bir həkimdir! Onun minlərcə uğurlu əməliyyatları olub və o hər zaman hər bir pasiyentinə yüksək məsuliyyət və peşakarlıqla yanaşıb. Allah Nəzrinə rəhmət eləsin və balasına can sağlığı versin ! Təbii ki hər bir ölüm faciədir və əminəm ki, Nəzrinin ailəsi hal hazırda çox çətin günlər keçirir! Amma unutmayaq ki, Sənan doktor və onun ailəsi üçün də bu bir faciədir! Hər əməliyyat bir riskdir, hər bir əməliyyat ölümlə nəticələnə bilər, amma mən bu məsələnin düzgün və ədalətli şəkildə araşdırılmasından çox şübhə edirəm. Yəgin ki hamınız Nəzrin xanımın öz ayaqları ilə əməliyyatdan çıxıb evə getdiyi videosunu görmüsüz. Bu həkimin xətası olsaydı xəstənin əməliyyatdan dərhal sonra vəziyyəyi pisləşərdi, amma biz görürük ki, xəstə tam sağlam vəziyyətdə klinikanı tərk edir. Ümumiyyətlə mən bu ölkənin ədalət sistemini başa düşmürəm və heç bir zaman başa düşməyəcəm. Bir qadın əri tərəfindən döyüləndə və polisdən yardım istədiyində “biz ailə məsələrinə qarışa bilmərik” sözünü eşidir və gələcək qatili ilə yaşamağa məcbur buraxılır; kənd yerlərində 18 yaşına çatmamış qız uşaqları zorla ərə veriləndə polis göz yumur və s və s. Qadınların zorakılıq və şiddət içində yaşamasına göz yuman ədalət sistemimiz ölkənin ən savadlı həkimlərindən birini cinayətkar kimi həbs etdi. Allah Nəzrinə rəhmət eləsin! Hər iki ailəyə də səbr versin !
Senan Dr hecde yaxwi hekim deil menimde burnumu o emelyyat edib , oz burnum yeke olmayib , burnumu gordum deli oldum gips acilannan sonra burnumda cixinti biz sumuk var idi ve boyurleride cokek idi her iki terefden bawinnan elediki duzelecek yaxwiki gel var duzeltdirem. Hele bir qizda 2 dene ele cixintili biz sumuk qalmiwdi yaziq qizin toyu olmali idi agliyirdi yeni onuda aciladi yola verdi. Cox mesulyyetsiz hekimdi vecinede deil hec kiminse bextine yaxwi burun cixibsa o bawqa mesele.
Hekimin günahı var yoxdur onu zaman gösterecek. Ama Azerbaycanda veziyet çox pisdir, men de Bakıya geldim emeliyyat oldum, sonra melum oldu ki, meni Elvin Ali ‘nin özü deyil, telebesi emeliyat edib. Men telebesini tanımıram, narkozdan önce de hekimin özğnü görmedim, düşündüm ki gelecek yegin ki, sonra sarğıları deyişdirmeye gedende mene dediler ki Elvin doktor sadece abdominal edir, diger emeliyyatları teşebesi, adını bile bilmediyim hekimin bıçağının altına getmiş oldum, men ise meslehet ile onun yanına yönlendirilmişdim, yeni bu etik deyil. İndi ise efsuslar olsun ki mene 2ci emeliyyat lazımdır, sonuç çox pisdir çünkü. 2 ci emeliyyat ise daha baha ve en esası daha çetin olacaq. Bu duruma dövlet el atmalıdır, hekimler de qessab olmadığlarını, sadece pul qazanma odaklı deyil, insan odaklı olmaya diqqet etmelidir. İndi menim bu xetanım cavabdehi kim olacaq? Bele bir qamınvericilik de yoxdur, çünkü aramızda bir sözleşme de yoxdur. Demek ki sözleşme de olmalıdır.
Sənan çox savadlı həkimdir, işinin peşakarıdır.Ölümdən heç kim sığortalanmayıb
Qanun kimin günahkar olduğunu müəyyən edəcək. Əksər həkimlər işinə səhlənkar yanaşır. Sıravi vətəndaş kimi bunu deyirəm. Komentlərə tərif yazmaq ilə deyil. Yaxşı həkim başqa, səhlənkar həkim başqa.
Ifrat Bakirov yazmisiz “ele bil gulleleyib oldurub” qohumunun bashina gelse idi bele deyerdin? fergi nedir gulleleyib, yoxsa sehlenkarliq edib kellesinde agir travmalari olan xesteni bashindan tez edib, yeni emeliyyatlardan pul qazanmaq uchun, eve nece geldi yollayib, ve neticede xestenin olumune sebeb olub… Fergi var, ay abirsiz ?! Neticede bir insan heyatina son qoyub, ha gulle ile, ha sehlenkarliq ve essekliyine gore… fergi nedir? Sen mahiyyete bax! Bir genc gizi öldürdü, bir ushaqi anasiz qoydu, bir aileni bedbext etdi! Sehlenkarliqa gore…! Senan! senin emeliyyati berbad edib, üstelik essek kimi danishdiqin, aglatdigin pacientlarin vardi haa, ichi men qarishiq, bax bizim ahimiz tutdu seni! Goyde Allah var chunki! Medeniyyetsiz! Qessab Senan!
Sənan doktora tanıdığım ən savadlı Lor həkimlərdəndir. Sənan doktor illərin peşəkar həkimidir və elədiyi əməliyyatlar göz qabağındadır. Həkimlərin hüququ heç bir şəkildə qorunmur. Özüm də bir həkim olaraq çox üzülürəm. Bu nə həkim günahıdır,nə də xəstə. Belə bu cür halda aqressiv münasibət heç bir halda doğru deyil.
HEÇ BİR HEKİM XESTESİNİN ÖLMEYİNİ İSTEMEZ! Allah Sənan dr. yar yardımçısı olsun. Nezrin Mansurovanın ailəsinə səbr versin.
Sənan doktor dünən partanın arxasından durub gəlib ələmiyyat edən həkimlərdən deyil,yetərincə nəzəri və praktik təcrübəsi olan peşəkar cərrahlarımızdandı.Tibdə həkimin etdiyi müdaxilədən asılı olmayaraq hər zaman agırlaşmalar ola bilir.Sadə misal: təyin etdiyimiz dərman preparatının venadaxili yeridilməsi özü belə kiçik cərrahi prosedurdu-iynənin dəri,dərialtı və venanı dəlib keçməsi.Bu proseduru tibb baciları icra edir,və 7ci və ya neçənci iynədəsə xəstə anaflaktik (dərmanla baglı) şok verir.Vəssalam media o həkim haqqında olmazın yazıb durur;həkim pasientə səhv dərman yazdı ,qarayaxmalar vəs...Əməliyyat edirik və əməliyyatdan sonra bütün A-dan Z kimi lazımı göstərişlər,tədbirlər görülür ,amma 3-4sutkada pasient trombemboliya olur,bu həkimin əməliyyatla baglı etdiyi səhv deyil.Bu bütün dünyada tibbin qaçılmaz bir durumudu,komplekasyonudu.Ona görə tibbi ekpertiza deyilən bir prosedur və ətraflı araşdırma o zaman bilinirki belə letallıq(ölüm) halları həkimlə baglı olub olmadıgı araşdırılır,vaxt aparan bir sürəcdə bir peşəkar həkimin sanki əlinə skalpeli alıb xəsarət yetirib qəsdən adam öldürməsi kimi yargılanması nə qədər düzgündü? Nəzrin x mütləq şəkildə doktorun peşəkarlıgı,savadı ilə ətraflı məlumatlı olub və ona görə öz problemini Sənan dr həvalə edib. Təbii heç bir işini praktik və nəzəri bilən təcrübəli həkim belə bir durumun yaşanmasını istəməz Allah Nəzrin x rəhmət eləsin Sənan dr baglı tez bir zamanda araşdırılıb şəffaf,ədalətli qərar qəbul edilər. İşini bilən,peşəkar,təcrübəli,ixtisaslaşmış,ƏSL HƏKİM DİPLOMLU HƏKİMLƏR pasientə qarşı səhlənkarlıq etmyənlərdi. Dünyada tibdə ən böyük cinayətkarlıq:həkim səhlənkarlığıdır. Allah həkimlərimizə öz işlərində güc-qüvvət versin kömək olsun.
Sənan həkimi şəxsən tanımıram amma son zamanlar həkimlərə qarşı yaranan aqressiya cəbhəsinin heç də yaxşı nətilənəcəyini düşünmürəm. Onsuz da sağalma ehtimali az olan xəstələrdən həkimlər qorxularından boyun qaçırırlar ki,sən Allah ölər boynumda qalar,indi isə həkimlər haqqında gündəmdə olan neqativ hadisələr daha da vəziyyəti pisləşdirib. Həmişə istənilən əməliyyatda risk var. Buna görə bilib bilmədən həkim günahkardır deyib qaralamaq lazım deyil. Səbəb dəqiq araşdırılmadan həkimin həbs edilməsi isə ağılasığmazdır
Burdaki yazi ilə tam raziyam , Həkim Allah deyil ve her pasiyent individualdı, hacan nə zaman reaksiya vereceyini bur Allah bilə bilər, təbiiki Həkim hərşeyi nəzərə alir , Ama insan bədəni nə reaksiya vere bilər an söhbəti, HEC BİR HƏKİM PASİYENTİN NEYİNKİ DÜNYASINI DEYİŞMƏK AGIRLAŞMAGA BELE İSTƏMƏZ !
Sənan həkimin müdafiəsi üçün yazını oxudum və burada yazılanların hamısı ilə razıyam... Biz həkimlər hər xəstənin həyatını hər gün yaşayırıq, onunla ya ölürük, ya da sağalırıq... Hə, deyəcəksiz, bu sizin işindir, sizin seçiminizdir və haqlısız,, amma bizə ehtiyacı olan hər kəsi anlamağa çalışdığımız kimi, hörmət və anlayışla qarşılanan nəcib peşəni seçdik. Və bu gün nə əldə etmişik? … Artıq o həddə çatıb ki, həkimlər bu qədər zəhmətini, bu qədər vaxtını qurban verdikləri peşələrinə sadəcə xor baxırlar... Bizi alçaldırlar, söyürlər, bütün qəzəb və nifrət çirkini üstümüzə tökürlər. Unutmayın ki, biz də insanıq, bizim də qürurumuz və səbrimizin həddi var. Və hələ də əsəbləri, vaxtları, səbrləri və sağlamlıqları bahasına özünü bütünlüklə bu peşəyə həsr etməyə hazır olan və xalqının sağlamlığının keşiyində dayanan əsl Həkimlər varsa, həqiqi insan olun, insanlığı xatırlayın...
Hekimin bu cur tutulmasi biabirciliqdi, ele bil hekim xesteni gulleleyib oldurub.
Nəzəri və praktik cəhətdən olduqca peşəkar ve savadli LOR cərrahlarımızdandır doktor Mehdiyev. Təbii ki, tibbdə sığorta anlamı yoxdur, ola da bilməz. Və heç bir cərrah da olacaglardan sığortalı deyil. Bir cerrahın ilk növbədə icra etdiyi minlərlə uğurlu əməliyyatı və məmnun pasienti o cərrahın keyfiyyetinin en boyuk gostericisidi. Allahdan Nezrin xanima qeni qeni rehmet, ailesine boyuk sebr dileyirem(