Bu 2 psixi əlamət dağınıq sklerozdan ola bilər

  • 2024.05.30 19:11
  • 467 Baxış
Bu 2 psixi əlamət dağınıq sklerozdan    ola bilər

Dağınıq skleroz gənc və orta yaşda aşkarlanan, çox zaman yayındırıcı simptomları olan, çətin diaqnoz olunan xəstəlikdir.


“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya xəstəliyin 2 əlamətini açıqlayıb.


“Simptomlar beynin hansı hissəsinin zədələnməsindən asılıdır.
Dağınıq skleroz autoimmun xəstəlikdir, immun sistem sinirlərin mielinini tanımır və hücum edir. Nəticədə beyinlə bədənin mütəlif hissələrinin əlaqəsi pozulur.

Xəstəliyin əsas səbəbi irsiyyətdir, əgər nəsildə varsa, uşaqlarda da olma ehtimalı artır.

Beyində əgər bir hissə zədələnibsə, hərəkətlərdə, müvazinətdə, əzələ tonusunda zəifləmə olur.

Yazı xətti pisləşir, nitqdə problem olur.

Eləcə də səbəbsiz təşviş və daimi yorğunluq da simptom ola bilər.

Baş beyin kökü zədələnibsə, üzdə hissiyyat itir, eşitmə pozulur, udmada problem olur.

Yarımkürələr zədələnibsə, diqqət və yaddaş pozulur, təşviş, panika və depressiya yaranır. Xəstələr daim yorğunluqdan şikayət edə bilər.

Yorğunluq ən cüzi fiziki aktivlikdən sonra da yaranır, yuxudan oyananda da yorğunluq olur, yazı yazmaq çətinləşir”.

Aygün M