Bunu etməyən kişilərdə cinsi problemlər yaranır!

  • 2024.05.08 23:20
  • 777 Baxış
Bunu etməyən kişilərdə cinsi problemlər yaranır!
Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.

Medicina.az xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib.

Araşdırmalar göstərib ki, ağız gigiyenasına əməl etməyən insanlar diş əti xəstəliklərindən, eləcə də cinsi problemlərdən üç dəfə daha çox əziyyət çəkirlər.

"The Sun" qəzetində yer alan xəbərə görə, hər beş nəfərdən biri ağız boşluğunun gigiyena qaydalarına riayət etmədiyi üçün diş əti qanaması və ağız qoxusundan əziyyət çəkir. Bu problem müalicə olunmazsa, diş itkisinə səbəb ola bilər.

Çinin Jinan Universitetinin tədqiqatçıları 213 076 kişinin diş sağlamlığını və cinsi performansını təhlil ediblər. Onlar müəyyən ediblər ki, diş əti xəstəliyi olan kişilərdə cinsi problemlərdən əziyyət çəkmə ehtimalı xeyli yüksəkdir.

Diş əti xəstəliyinin testosteron səviyyəsini aşağı saldığı və iltihabı artırdığı düşünülür.

Mütəxəssislər deyirlər ki, yüngül diş əti xəstəliklərinin müalicəsi adətən ağız boşluğunun gigiyenasına riayət etməklə mümkündür. Bunun üçün insanın gündə ən azı iki dəfə dişlərini fırçalaması və müntəzəm olaraq diş ipindən istifadə etməsi tələb olunur.
Mütəmadi olaraq stomatoloji müayinələrdən keçmək də vacibdir.

“Journal of Sexual Medicine”də nəşr olunan araşdırma isə siqaret çəkənlərin, diabet xəstələrinin və yüksək qan təzyiqi olanların diş əti xəstəlikləri və müxtəlif cinsi problemlərlə üzləşmək riski altında olduqlarını göstərib.


Aysel