Dalaq yerinə səhvən qaraciyəri çıxarılan xəstə öldü

  • 2024.09.19 10:36
  • 1551 Baxış
Dalaq yerinə səhvən qaraciyəri çıxarılan xəstə  öldü
ABŞ-nin Alabama ştatında 70 yaşlı xəstə Floridada cərrahiyyə əməliyyatı zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarıldıqdan sonra dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, tibb aləmində belə səhvlər təəssüf ki, tez-tez baş verir.

Bu hadisələr səhv orqan və ya bədən hissəsi üzərində əməliyyatdan tutmuş səhv protez taxmağa və ya xəstənin içində cərrahi alətləri unutmaya qədər dəyişə bilər.

2022-ci ildə ABŞ-də 1440, 2023-cü ildə isə 1411 bu cür hadisələr baş verib.

Bu hadisələrin 18 faizi xəstənin ölümü ilə nəticələnsə də, 8 faizi daimi zədə və ya funksiyanın itirilməsi ilə nəticələnib.

Aygün