Faydadan çox zərər verə bilər! – “Sağlam qida”lara DİQQƏT!

  • 2024.04.26 13:49
  • 588 Baxış
Faydadan çox zərər verə bilər! –  “Sağlam qida”lara DİQQƏT!
Bir çox insan gün ərzində qəbul etdiyi qidalara diqqət yetirir və mümkün qədər sağlam qidalanmağa çalışır. Bu nöqtədə, sağlamlığa yararlı qida kimi təbliğ edilən məhsullara diqqət etmək vacibdir. Çünki bu cür məhsulları həddən artıq istifadə etmək sağlamlığa zərər verə bilər.

Medicina.az həmin qidaları təqdim edir:

Alma sirkəsi

Alma sirkəsinin arıqlamağa kömək edib-etməməsi ilə bağlı hələ də mübahisələr davam etsə də, bir çox insan onu pəhrizinin müntəzəm hissəsinə çevirir. Ancaq unutmaq olmaz ki, bu maye kifayət qədər turşuludur və mədəni qıcıqlandıra, şişkinliyə səbəb ola bilər. Üstəlik, ürək bulanması, boğaz yanması, dişlərin zədələnməsi və hətta sümük itkisi kimi əks təsirlərə gətirib çıxarması mümkündür.


Doğranmış yerkökü

Daha asan istehlak üçün doğranmış halda satılan və qəlyanaltı üçün istifadə olunan yerkökü zənn edildiyi qədər sağalm seçim deyil. Çünki doğranmış tərəvəz daha az vitamin ehtiva edir. Hazır doğranmış yerkökülərin hansı şəraitdə saxlanması da vacibdir. Doğranmamış və qabığı soyulmamış yerkökü seçmək tövsiyə edilir.


Hazır yulaf lopası

Dərhal hazırlanan yulaf lopaları demək olar ki, heç bir lif ehtiva etmir. Üstəlik, çox vaxt şirkətlər onu daha dadlı etmək üçün tərkibinə un və şəkər əlavə edirlər. Bu cür qida qan şəkərində ani bir sıçrayışa səbəb ola bilər. Hər gün hazır, tez hazırlanan yulaf sıyığı yesəniz, bu bir müddət sonra sağlamlıq problemləri ilə üzləşməyinizə səbəb ola bilər.

Yulafın faydalarından yararlanmaq üçün tam yulafdan hazırlanmış ən sadə və uzunmüddət bişirilmə tələb edən versiyaya üstünlük vermək lazımdır. Bu cür yulaf lopasını bəzi meyvə və giləmeyvələrlə dadlandırmaq olar.


Yağı azaldılmış fıstıq əzməsi

Az yağlı fıstıq əzmələrində yağın yerini adətən işlənmiş dolğu maddələri və şəkər alır. Odur ki, fıstıq əzməsinin təbii, tam yağlı formasını istehlak etmək daha yaxşıdır.


Qlütensiz məhsullar

Qlütenə qarşı allergiyanız yoxdursa, qlüten ehtiva edən qidaları tamamilə həyatınızdan çıxarmağınıza ehtiyac yoxdur. Şirkətlərin yaxşı marketinq siyasəti sayəsində qlütensiz məhsullar indi daha sağlam seçimlər kimi qəbul edilir. Bununla belə, məlumatlar göstərir ki, onların şəkər, duz və doymuş yağ tərkibi qlütenli versiyalara nisbətən daha çoxdur.


Restoranda yeyilən somon balığı

Əgər restoranda bişmiş somon balığı seçəcəksinizsə, ona əlavə olunacaq müxtəlif souslara diqqət yetirin. Çünki bu cür əlavələr əsasən yüksək miqdarda şəkər və yağ ehtiva edir. Bu da asanlıqla lazımsız kalori almağınıza səbəb olur. Üstəlik somonun sağlamlığa faydalarını da azaldır.

Tam taxıllı çörək

Sağlamlıq üçün daha faydalı hesab edilən bu çörək alternativində 20-yə qədər əlavə inqrediyent, konservantlar və yüksək miqdarda duz və ya şəkər ola bilər. Bundan əlavə, bəzi mağazalarda satılan tam taxıl versiyalarının tərkibində ağ un da ola bilir.
Taxılın faydalarından yararlanmaq üçün ən yaxşı yol çörəyi evdə bişirməkdir.


Humus

Humus sağlam qida hesab olunur. Lakin onu evdə hazırlamadığınız müddətcə hərhansı “fast-food”dan üstünlüyü yoxdur. Çünki marketlərdə satılan hazır humusların tərkibində lazımsız maddələr olur. Humus paketinə diqqət etsəniz, onun şəkər, işlənmiş yağ, nişasta və yüksək miqdarda duz ehtiva etdiyini görə bilərsiniz.


Aysel