Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənc qalmaq istəyənlərin yeni seçimi: qaragöz lobya

  • 2024.06.20 18:38
  • 1195 Baxış
Gənc qalmaq istəyənlərin yeni seçimi:  qaragöz lobya
Gənc qalmağın açarı kimi təqdim edilən qidalar adətən kollagenlə zəngin olur. Çünki kollagen sümük və dəri sağlamlığı üçün çox əhəmiyyətlidir.

Medicina.az xəbər verir ki, gənc yaşlarda orqanizmdə istehsal səviyyəsi yüksək olduğu halda, yaşlandıqca orqanizm kollagen istehsalını azaldır. Nəticədə, kollagen istehsalını dəstəkləyən qidalar gənc qalmaqda mühüm rol oynayır. Belə qidalardan biri də qaragöz lobyadır.

Ən ucuz kollagen mənbələrindən biri olan qaragöz lobyanın təsirləri isə təəccübləndirici dərəcədə güclüdür.

* Qaragöz lobya dərinin bərpasına kömək edir.

* Xolesterol səviyyəsini azaltmaqda faydalı ola bilər.

* Saç sağlamlığına faydalıdır.

* Qan dövranını və ürək sağlamlığını yaxşılaşdırır.

* A, C, selen, fosfor, dəmir, sink, mis və maqneziumla zəngindir.

Onu şorbalara, salatlara və ya plova əlavə etmək olar.


Aysel