Geomaqnit qasırğası gözlənilir

  • 2024.05.30 09:55
  • 737 Baxış
Geomaqnit qasırğası  gözlənilir

“31 may-1 iyun tarixlərində geomaqnit qasırğası gözlənilir”.

Bu barədə Medicina.az -a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq:

“Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək.

Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək. Qasırğanın mayın 31-i axşam saat 20.00-dan başlayaraq iyunun 1-i saat 14.00-dək davam edəcəyi proqnozlaşdırılır”.