Güclü leysanlardan sonra hansı xəstəliklər artıb?

  • 2024.05.31 17:30
  • 824 Baxış
Güclü leysanlardan sonra  hansı xəstəliklər artıb?
Şərqi Afrika Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD) bir çox Şərqi Afrika ölkəsində şiddətli yağışlardan sonra epidemiyaların artdığını açıqlayıb.

Medicina.az xəbər verir ki, İGAD-ın açıqlamasında Efiopiya, Keniya, Somali, Sudan və Uqandada yağan güclü yağışlardan sonra vəba, malyariya, qızılca və poliomielit kimi xəstəliklərin artdığı bildirilib.

"Efiopiya, Keniya, Somali, Sudan və Uqandada baş verən daşqınlardan sonra kolera epidemiyası sürətlə yayılmağa başlayıb. Yanvarın 1-dən aprelin 28-dək Efiopiyada 14 min kolera hadisəsi və bununla bağlı 114 ölüm hadisəsi qeydə alınıb", - deyə qeyd olunub.

Bu ölkələrdə malyariya, Keniyada “danq qızdırması”, Cənubi Sudanda isə sarı qızdırma hallarının artdığı bildirilib.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bu ay Efiopiyada malyariya səbəbiylə 314 ölüm qeydə alınıb.

BMT-nin məlumatlarına görə isə Şərqi Afrikada 75 milyona yaxın insan şiddətli yağışlardan sonra qida çatışmazlığından əziyyət çəkir və təcili humanitar yardıma ehtiyac duyur.


Aysel