Liftlə 9-cu mərtəbədən yerə çırpıldı - Sağ qaldı

  • 2025.09.12 17:08
  • 75 Baxış
Liftlə 9-cu mərtəbədən yerə çırpıldı   - Sağ qaldı


Moskvada içində sərnişin olan lift 9-cu mərtəbədəb qoparaq aşağı uçub.

“Medicina” xəbər verir ki, Hadisə sentyabrın 8-də axşam saatlarında Cənub-Qərb İnzibati Dairəsinin Dmitri Ulyanov küçəsindəki yaşayış binasında baş verib. 19 yaşlı moskvalı liftə qalxarkən 12-ci mərtəbədə qoparaq, aşağı düşməyə başlayıb. Üçüncü mərtəbədə lift qəfil dayanıb, ehtimal ki, qəza əyləcləri işə salınıb. Bu mərtəbədən sonra lift daha asta sürətlə enərək asılı qalıb.


Qız xəsarət almayıb. Bina sakinləri bildiriblər ki, liftlərin nasaz olması ilə bağlı il ərzində 50 dəfədən çox şikayət ediblər.

Mart ayında Moskvanın şərqində yeni tikilidə liftlə bağlı insident baş vermişdi, kabinənin çökməsi sakinlərin ciddi narahatlığına səbəb olub.

Aygün Musayeva