Qadınların baş bəlası miqren tutması baş verdikdə sinir ucları xoşbəxtlik hormonu da adlandırılan serotoninə həssaslığını demək olar ki, tamamilə itirir.
Tədqiqat zamanı məlum olub ki, sinirlər kifayət qədər stimullaşdırılsa, onların fəaliyyət mexanizmi işə salınır, o zaman ağrı praktiki olaraq yox olur.
“Medicina” xəbər verir ki, mütəxəssislərin fikrincə, məhz cinsi münasibətdə orqazmdan sonra baş ağrıları yaşayan qadınlar kateqoriyası da var, lakin belə bir faiz çox azdır.
Ancaq zərif cinsin əksər nümayəndələri üçün aktiv seks miqrenlərdən xilas olmağa kömək edəcək. Çünki ekstaz anlarında xoşbəxtlik hormonu - serotoninin aktiv istehsalı başlayır. Əslində hər hansı fiziki fəaliyyət də bu hormonun istehsalının artmasına səbəb olur.
Sinir spazmı rahatlaşır, qadın rahatlıq hissi yaşayır və baş ağrılarından xilas olur.
Serotonin bədənimizin bir çox funksiyasını "keçirir". Serotoninin ağrı faktoruna təsiri ilə bağlı araşdırmalar aparan doktor Uillis sübut edib ki, serotoninin səviyyəsi azaldıqda orqanizmin ağrı həssaslığı artır. Buna görə də ən kiçik qıcıqlanmalar belə miqrenlərə səbəb olur və sinir uclarını bloklayır və serotoninə həssaslıq azalır. Buna görə də serotonini artırmaq lazımdır.
Aygün Musayeva