Yaponiya qocalmış əhali və aşağı doğum səviyyəsi səbəbindən çoxsaylı problemlərlə üzləşsə də, yüzilliklərin sayı rekordları qırıb.
Medicina.az xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, ölkədə yaşayan yüzillik və daha yaşlıların sayı 55 il ərzində davamlı olaraq artaraq 2024-cü ildə rekord həddə - 99 763 nəfərə çatıb.
Bu, əvvəlki illə müqayisədə 4644 nəfər artım deməkdir.
100 və daha yuxarı yaşda olanların təxminən 88 faizini qadınlar, 87 784 nəfər, 100 yaşdan yuxarı kişilərin sayı isə təxminən 12 faiz, 11 979 nəfər təşkil edir.
2024-cü ildə gözlənilən ömür uzunluğu qadınlar üçün 87,13, kişilər üçün 81,09 olaraq müəyyən edilib.
Son məlumatlara görə, Yaponiyanın ən yaşlı insanı və ən yaşlı qadını 114 yaşlı Şiqeko Kaqavadır.
Ölkənin ən yaşlı kişisi 111 yaşlı Kyotaka Mizuno olaraq qeydə alınıb.
Yaponiya hökuməti bu tədqiqat üçün məlumat toplamağa 1963-cü ildə başlayıb və həmin il 100-dən çox adamın sayı 153 olaraq qeyd edilib.
100-dən yuxarı insanların sayı 1981-ci ildə 1000-i, 1998-ci ildə isə 10.000-i ötmüşdür.
Aygün
Medicina.az