Gündə 7 ərik yeməyin 30 faydası

  • 2024.05.28 19:57
  • 937 Baxış
Gündə 7 ərik yeməyin    30 faydası

Həm meyvə, həm də qurudulmuş halda istehlak edilə bilən ərik sağlamlıq baxımından çoxlu faydalar təqdim edir. Ərik, qida dəyəri yüksək olan meyvədir.


"Medicina" xəbər verir ki, ərik güclü antioksidant, o cümlədən beta karotin və A, C və E vitaminlərinin mənbəyidir. Bu şəkildə immuniteti gücləndirir, bədəni xəstəliklərdən və oksidləşdirici stressdən qoruyur. Ərik bağırsaqlara faydalı olmaqla yanaşı, dərini qidalandırır, göz sağlamlığını dəstəkləyir və təzyiqi tarazlaşdırır.

Gəlin, əriyin faydalarına nəzər salaq:

  • Tərkibində beta karotin olan güclü antioksidant mənbəyidir.
  • Ərik immunitetə ​​kömək edir.
  • Oksidləşdirici stresdən qoruyur.
  • Ərik həm də bağırsaqlara faydalıdır.
  • Anemiya riskini azaldır.
  • Dərini qidalandırır və parlaqlıq verir.
  • Göz sağlamlığını dəstəkləyir.
  • Ərik qan təzyiqini tarazlaşdırır.
  • Qanın laxtalanmasına imkan verir.
  • Bədənin su ehtiyacına töhfə verir.
  • Aşağı kalorili qidadır.
  • Əzələləri qidalandıran kalsium və kalium ehtiva edir.

Güclü C vitamini xüsusiyyəti ilə seçilən ərik immunitet sistemini dəstəkləyir. Güclü immun sistemi üçün yayda ərik istehlak etmək çox vacibdir.

Ərikin antioksidantlarla zəngin qida olaraq bilinir. Antioksidantlar bədəndə oksidləşdirici stresə səbəb olan sərbəst radikalları neytrallaşdırmağa kömək edir. Bu baxımdan ərik istehlak etməklə orqanizmi oksidləşdirici stressdən qorumuş olursunuz.

Yüksək lif tərkibi ilə seçilən ərik, bağırsaq mikrobiomuna faydası ilə bağırsaq dostu qidalar arasındadır. Bağırsaq sağlamlığı üçün faydaları qəbizliyi aradan qaldırmaqda da təsirlidir.

Ərik dəmirlə zəngin bir qida olduğundan, qan axını yaxşılaşdırmağa və anemiya riskini azaltmağa kömək edə bilər. Bununla belə, ərikdə olan mis tərkibi dəmirin udulmasına kömək edir.


Ərik, C vitamininin təsiri ilə dərini qidalandıraraq, parlaqlaşdıraraq qoruyur.

Ərik göz sağlamlığını dəstəkləyir və tərkibindəki beta karoten səbəbiylə korluğa səbəb ola biləcək katarakt riskini azaldır.

Ərik, qan təzyiqini aşağı salmağa kömək edən, təzyiqi tarazlaşdıran və ürək-damar xəstəlikləri riskinə qarşı qoruyucu rol oynayan bir meyvədir.

Tərkibində yüksək miqdarda su olan ərik orqanizmin sulu qalmasına kömək edir, su ehtiyacını ödəyir və orqanizmi nəmləndirir. /baku.ws/

MEDICINA,AZ