Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı ərzaqlarda gizli şəkər var?

  • 2024.10.22 15:31
  • 1730 Baxış
Hansı ərzaqlarda gizli şəkər var?

Elə ərzaqlar var ki, şəkərli qidalar hesab edilmir, amma tərkibində gizli şəkər var.

Məhz bu qidalar çox yeyildikdə gizli şəkər və insulin dirəncinə səbəb olur.


“Medicina” xəbər verir ki, endokrinoloq Nataliya Tananakina şirin hesab edilməyən, lakin tərkibində şəkər olan qidaları açıqlayıb.

“Ultraemal edilmiş qidalarda çox miqdarda gizli şəkər var.

Bunlardan ketçup, souslar, meyvəli yoqurtlar, süd məhsulları, kəsmiklər, sular, mayonez, meyvə şirələri, qarğıdalı nişastalı qidaları demək olar.

Emal edilmiş qidalara şəkər əvəzi qarğıdalı dadlandırıcısı, fruktoza, maltoza və s. əlavə edilir. Etiketdə bu əlavələri müxtəlif kodlarla görmək olur.

İnsanlar tədricən bu qidaları almaq və yeməkdən çəkinməli, şəkər əvəzi steviya istifadə etməli, balanslaşdırılmış qidaya – zülal, lifli qida və tərəvəzlərə keçməlidir.

Əks təqdirdə gizli şəklər, piylənmə və insulin dirənci qaçılmazdır”.

Aygün M