Həddindən artıq yeyənlərin beyinlərindəki fərq tapıldı

  • 2024.05.20 18:30
  • 601 Baxış
Həddindən artıq yeyənlərin  beyinlərindəki fərq tapıldı
Aparılan araşdırmalar bəzi insanların tox olduqları halda belə yeməkdən asanlıqla imtina edə bilməmələrinin səbəbini üzə çıxarıb.

Medicina.az xəbər verir ki, bunun beyindəki qoxu dövrəsi ilə əlaqəli ola biləcəyi müəyyən edilib.

ABŞ alimləri qoxu hissi və davranış motivasiyasını əhatə edən beynin iki fərqli hissəsi arasındakı qarşılıqlı əlaqəni tədqiq ediblər. Nəticələr göstərib ki, beynin bu iki sahəsi arasında əlaqə nə qədər zəif olarsa, insan bir o qədər artıq çəkiyə meylli olur.

“Yemək istəyi yemək qoxusunun nə qədər cəlbedici olması ilə bağlıdır. Yeməklərin qoxusu ac olanda daha cəlbedici gəlir.
Ancaq bu davranışı idarə edən beyin dövrələri pozulduqda, siqnallar qarışa bilər və doysanız belə, yeməklər cəlbedici olmağa davam edər”, - Northwestern Universitetinin Feinberg Məktəbinin nevrologiya professoru Quanqyu Co deyib.

Bildirilib ki, bu, baş verdikdə təbii ki, insan kökəlməyə başlayır və bədən kütlə indeksi artır.

Tədqiqatçılar, qoxuların yemək kimi davranışlar üçün motivasiyada mühüm rol oynadığını söyləyirlər. Eyni zamanda, qoxuları necə qəbul etdiyimiz də nə qədər ac olduğumuzdan asılıdır.

“Journal of Neuroscience”də dərc olunan araşdırma üçün tədqiqatçılar MRT-dən əldə olunan beyin məlumatlarını təhlil ediblər.
Beyin xəritəsi yaradan tədqiqatçılar qoxu hissinə səbəb olan bölgə ilə beynin mükafat sisteminin əlaqədə olduğunu müşahidə ediblər. Boz maddə ilə əlaqəli ağrı və təhlükə kimi mənfi duyğular isə motivasiya davranışına səbəb olur. Bu bölgə həm də iştahın yatırılmasında potensial olaraq iştirak edir. Tədqiqat qrupu insanlarda ilk dəfə olaraq bu iki bölgə arasındakı əlaqənin əhəmiyyətini müəyyənləşdiriblər.

Bu kimi sağlam beyin əlaqələri bir insana tox olduqda qidanın yaxşı hiss etdirmədiyini bildirən mesajlar göndərərək yemək davranışını tənzimləyə bilər. Tədqiqatçılar bildiriblər ki, həmin sahələri birləşdirən dövrələri zəif və ya nasaz olan insanlar bu siqnalları qəbul edə bilmirlər və hətta ac olmadıqda belə yeməyə davam edirlər.

Northwesterndə nevrologiya üzrə dosent, tədqiqatın baş müəllifi Kristina Zelano bildirib ki, beyində bu fundamental proseslərin necə işlədiyini başa düşmək, həddindən artıq yeməyin müalicəsinə səbəb ola biləcək gələcək tədqiqatlar üçün vacib şərtdir.


Aysel