Həkimlərin ümidi yoxdur, vəziyyəti çox ağırdır - Əməkdar artistin son durumu

  • 2024.09.13 13:07
  • 1226 Baxış
Həkimlərin ümidi yoxdur, vəziyyəti çox ağırdır -  Əməkdar artistin son durumu
“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.

Medicina.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, - o qeyd edib.

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb:


“Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.