İnsulinə həssaslığın itməsinin - 3 səbəbi

  • 2024.05.16 12:43
  • 932 Baxış
İnsulinə həssaslığın itməsinin    -  3 səbəbi
Azərbaycanda hər 10 nəfərdən artıq 5-də rast gəlinən insulin dirənci hüceyrələrin vacib hormon olan insulinə həssaslığın itməsidir.


“Medicina” xəbər verir ki, endokrinoloq İrina Romanovskaya bu patoloji vəziyyətin səbəblərini açıqlayıb.


“İnsulin hormonu qanda qlükozanı tənzimləyən və hüceyrələrə onu daşıyan funksiyanı icra edir.

Məhz qlükoza beyin, orqanizm üçün enerji mənbəyidir.

İnsulinə hüceyrələrin bağlanmasının 3 sbəbi var: genetika, fiziki hərəkətsizlik, zərərli,balanssız qidalanma.

Rasionda rafinə olunmuş qidalar, karbohidratlar mədəaltı vəzi tükədir, dayanmadan insulin hasilinə səbəb olur.

Oturaq həyat və iş də hiperinsulinemiyaya səbəb olur. Bu da aşırı piylənmə yaradır.

İnsulin dirəncinin bir əlaəməti də bel nahiyəsinin piylənməsi, çevrəninn 90 sm-i keçib 100-ə çatmasıdır.


Orqan toxumaları və hüceyrələrin insulinə həssaslığı azaldıqca, insulin dirənci yaranır.

Nəticədə gec, ya tez qanda qlükozanın səviyyəsi artır. Yağ hüceyrələrində xroniki iltihab başlayır, qana iltihab əleyhinə faktorlar sıçrayır, orqanizm iltihabla mübarizə aparmağa başlayır.

İllər sonra bu xəstəliklər yaranır: qaraciyər yağlanması, öd daşı, damar tıxanması, podaqra, tromboz, diabet, beyin qan dövranı pozulması və s.
Kişilərdə testosteron defisiti, cinsi zəiflik, sonsuzlq ola bilər.

Qadınlarda yumurtalıq polikistozu və tsikl pozulması yaranır”.


Aygün M