İrsi ürək xəstəliyi olanlar üçün idman təhlükəlidir?

  • 2024.05.15 12:12
  • 235 Baxış
İrsi ürək xəstəliyi olanlar üçün idman təhlükəlidir?
İllər ərzində irsi ürək xəstəliyindən əziyyət çəkən insanlar idmanla məşğul olmaqları ilə bağlı çaşdırıcı məsləhətlər alırlar. İdman vacib və sağlam qalmaq üçün həyat tərzində ən əhəmiyyətli meyardır. Bəzi ürək xəstələri isə bununla bağlı tərəddüd yaşayırlar.

Medicina.az xəbər verir ki, mövzu ilə bağlı professor Stiv Ommenin məqaləsi Amerika Ürək Dərnəyinin “Circulation” jurnalında dərc edilib.

Məqalədə qeyd olunub ki, irsi ürək xəstəliyindən əziyyət çəkən insanlar yüngül idmanla müəyyən intensiv aralıqlarla məşğul ola bilərlər:

“Bu, onlar üçün faydalıdır. Xəstələr müalicə aldıqdan sonra həkim məsləhəti ilə istənilən vaxtlarda idmanla məşğul ola bilərlər. Genetik bir vəziyyətə məruz qalan insanlarda ürək əzələsi qalınlaşdığı zaman ürək - qanı səmərəli şəkildə sıxmır, nəfəs darlığı və sinə ağrısı simptomlarına səbəb olur. Bu isə təxminən 500 nəfərdən birinə təsir edir, lakin bir çox hallarda diaqnoz qoyulmur. Hər il ürək tutması olan insanların illik riski 1 faizdən azdır. Bu nisbət fiziki fəaliyyətdən asılı deyil. İrsi ürək xəstəliyi yaşayan insanlar dərman və cərrahi prosedurlarla müalicə olunur. Xəstələr, həmçinin sağlam həyat tərzi sürməyə təşviq edilir. Bura isə əsasən, idmanla məşğul olmaq daxildir. Bu, həftədə ən azı 150 dəqiqə orta intensivli aerobik idman, həftədə 75 dəqiqə güclü aerobik idman və ya hər ikisinin kombinasiyası deməkdir”.