Kişilərə gecələr telefona baxmaq olmaz- Alimlər

  • 2024.05.01 20:19
  • 958 Baxış
Kişilərə gecələr telefona  baxmaq olmaz - Alimlər


Qaranlıqda, xüsusən gecə yatmazdan əvvəl telefon ekranından yayılan mavi işıq spermin keyfiyyətini azaldır.


“Medicina” xəbər verir ki, İsrail alimləri yeni araşdırmalarında bunu sübut edib.


Tədqiqatçılar son zamanlar müşahidə olunan kişi fertilliyinin azalması ilə elekron cihazların təsiri arasında əlaqənin olub-olmamasını müəyyənləşdiriblər.


Öncəki işlər göstərmişdi ki, ekrandan yayılan qısadalğalı şüalanma orqanizmdə müxtəlif fizioloji proseslərə neqativ təsir göstərə bilir.

Bu dəfə alimlər 116 kişinin sperm nümunələrini təhlil edib.

İştirakçılar axşamlar telefondan istifadə müddətlərini bildiriblər.

Məlum olub ki, hər gün qaranlıqda və axşam telefon və ya planşetdən istifadə edən kişilərdə spermin keyfiyyəti daha aşağı olub.

Qaranlıqda işıq saçan ekrana baxan kişilərin toxumunda daha aşağı say və konsentrasiya olub, mövcud olan spermatozoidlər isə az hərəkətli olub.
Bu isə cinsi zəiflik və sonsuzluq səbəbidir.


Alimlər kişilərə yatmazdan əvvəl və gecələr telefona baxmamağı tövsiyə edir.


Aygün Musayeva