Klinik Tibbi Mərkəzdə ilk - Epilepsiya əməliyyatı

  • 2024.05.03 16:59
  • 656 Baxış
Klinik Tibbi Mərkəzdə ilk  - Epilepsiya əməliyyatı
Klinik Tibbi Mərkəzdə qıcolması olan uşaq əməliyyat olunub.

"Medicina" xəbər verir ki, 16 yaşlı Sayıl Allahverdiyev uzun zaman hər gün çoxsaylı epileptik qıcolma şikayətinin olması səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib.

KTM-in Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlının iştirakı ilə xəstəyə sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyatı icra olunub.

Əməliyyat sonrası xəstə nevroloji defisitsizdir və postop dövrdə epileptik tutma qeyd olunmayıb. Xəstə nevroloqun nəzarəti altında evə yazılıb.

MEDİCİNA.AZ